BolgeXeber.Com » Xəbərlər » Baş Prokurorluq Abşeronda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb - RƏSMİ
Baş Prokurorluq Abşeronda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb - RƏSMİ
17-07-2017, 18:16
Oxunub: 2 196
Baş Prokurorluq Abşeronda baş vermiş silahlı insidentlə bağlı rəsmi məlumat yayıb
Bolgexeber.com-a daxil olan məlumada bildirilib ki, iyulun 14-də əvvəllər məhkum edilmiş Sumqayıt şəhər sakini, Novruzov Eldar Ağabala oğlu Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən yolun genişlənməsi və abadlıq quruculuq işlərinin aparılmasına, həmçinin ümumi görünüşə xələl gətirən reklam lövhələrinin dəyişdirilməsinə etiraz əlaməti olaraq heç bir əsaslı səbəb olmadan, həmin vaxt küçədə olan şəxslərin gözləri qarşısında üstündə gəzdirdiyi “Makarov” markalı tapança ilə onlara tərəf 3 dəfə atəş açıb.
Faktla bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), 228.2.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər aparııb.
Cinayətin aləti olan “Makarov” tipli tapança Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən götürülüb.
E.Novruzov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
E.Novruzovun əməlinin Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələrindən həmin Məcəllənin 29.120.1 (qəsdən adam öldürməyə cəhd), 315.1 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) və 228.1-ci maddələrinə tövsif edilərək cinayət işi istintaq aidiyyəti üzrə Abşeron rayon prokurorluğuna göndərilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər