"İşi tamamlayıb təhvil verəndən sonra qalan pulumuzu ala bilmədik" - ŞİKAYƏT
19-07-2017, 11:49
Oxunub: 2 373
Təhsil Nazirliyi tərəfindən tikilən məktəbdə işləyən ustalar əmək haqlarını hələ də ala bilmirlər
Bu barədə BakuPost.az-a müraciət ünvanlayan Sabirabadın Qarağac kənd sakini Əsgərzadə Əsgər Nizami oğlu məlumat verib.
O, Ağdamın Mirəşəlli kəndində nazirliyinin sifarişi ilə "BƏRPA” MMC tikinti şirkəti tərəfindən 2 mərtəbəli, 800 kv.m ölçüdə orta məktəbin tikintisində çalışdığını qeyd edib.
"Kəndimizdən 4 nəfər Ağdam rayonuna betonbərkitmə işləri görmək üçün getmişdik. 2 ay müddətə məktəbdə beton işi gördük. Gördüyümüz işin pulunu hissə-hissə verirdilər. İşi tamamlayıb təhvil verəndən sonra qalan pulumuzu ala bilmədik.
Pulumuzu ala bilmədiyimiz üçün şikayət edəndən sonra iş icraçısı Vüqar Məmişov bizə zəng vuraraq dedi ki, şikayət etsəniz də faydası yoxdur. Çünki Təhsil Nazirliyi hələ də pulu köçürməyib”, - deyə Ə.Əsgərzadə bildirib.
Fəhlənin dediyinə görə, Təhsil Nazirliyinin pulu köçürdüyünü sonradan öyrəniblər: "Amma iş icraçısı Vüqar Məmişov pulumuzu mənimsəyib. Ona görə təhsil naziri Mikayıl Cabbarovdan xahiş edirik, halal 1650 manatımızın verilməsinə bizə köməklik göstərsin”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər