SON DƏQİQƏ- DTX vətən xainlərinin adlarını AÇIQLADI
19-07-2017, 17:56
Oxunub: 2 319
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə Azərbaycan ərazisində casusluq yolu ilə toplanılmış məlumatları kiçik ölçülü elektron informasiya daşıyıcılarında Azərbaycandan çıxarmağa çalışan Muxtar Yağubov ölkəni tərk etməyə cəhd edərkən saxlanılıb
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, dövlətə xəyanət faktı üzrə Azərbaycan Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə başlanılmış cinayət işi üzrə davam edən araşdırmalarla casus şəbəkəsinin Bakı şəhəri və ölkənin digər ərazilərində fəaliyyət göstərən üzvləri - Azərbaycan Respublikasının vətəndaşları Yağubov Muxtar Camal oğlu, Əhmədov Şakir Xanlar oğlu, Zeynallı Zəka Abış oğlu, Abbaszadə Səbuhi Oktay oğlu, Nuriyev Xudaşükür Məcid oğlu və Hüseynov Kəmaləddin İsaxan oğlu ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilib, barələrində müvafiq məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları ilə qarşılıqlı yazışmalar və ötürülməsi nəzərdə tutulan müxtəlif xarakterli məlumatlar aşkarlanaraq ələ keçirilib, casus şəbəkəsinin xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə dövlət məmurları, ictimai xadimlər və digər dairələrə nüfuz etmək, Azərbaycan Respublikasının təhlükəsizlik orqanları, Silahlı Qüvvələri, ölkədə aparılan təhlükəsizlik tədbirləri barədə məxfi məlumatları toplamaq istiqamətində fəaliyyət göstərdiyi müəyyən edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.
GoldNews.Az
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər