BolgeXeber.Com » Xəbərlər » Jurnalistlər üçün yeni binanın tikintisinə 5 milyon ayrılıb- SƏRƏNCAM

Jurnalistlər üçün yeni binanın tikintisinə 5 milyon ayrılıb- SƏRƏNCAM

19-07-2017, 18:30
Oxunub: 1 981 Jurnalistlər üçün yeni binanın tikintisinə 5 milyon ayrılıb- SƏRƏNCAM Azərbaycan prezidenti İlham Əliyev kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Bolgexeber.com
-un məlumatına görə, Azərbaycanın kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.