BolgeXeber.Com » Xəbərlər » Ukraynadan toyuq əti idxal edən şirkətlərin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib
Ukraynadan toyuq əti idxal edən şirkətlərin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib
20-07-2017, 17:05
Oxunub: 3 891
Hazırda cinayət işi üzrə təqsirkar şəxslərin tam dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir
Ukraynadan Azərbaycana tərkibində normadan 6 dəfəyədək artıq nəmliyin kütlə payı olan dondurulmuş toyuq əti məhsulları idxal edən bir neçə şirkətin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a bildirilib ki, araşdırma zamanı Ukraynadan Azərbaycana dondurulmuş toyuq əti məhsulları gətirilməsi ilə məşğul olan bir neçə şirkətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ölkəyə tərkibində nəmliyinin kütlə payı normadan 6 dəfəyə qədər artıq olan Ukrayna istehsalı dondurulmuş toyuq əti məhsulları idxal edərək malın ölçüsünə, çəkisinə və keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1 (istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə cinayət işi başlayıb.
Hazırda cinayət işi üzrə təqsirkar şəxslərin tam dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər