BolgeXeber.Com » Xəbərlər » Şamaxı yolu çökdü - torpaq uçqunu baş verib - VİDEO

Şamaxı yolu çökdü - torpaq uçqunu baş verib - VİDEO

22-07-2017, 12:28
Oxunub: 2 789 Şamaxı yolu çökdü - torpaq uçqunu baş verib - VİDEOBakı-Şamaxı avtomobil yolunun 106-107-ci kilometrliyində iri torpaq yığını avtomobillərin intensiv hərəkət etdiyi yola tökülüb

Bolgexeber.com-un Xezerxeber.az-a istinadən məlumatına görə, sözügedən ərazidə daha əvvəl də bir neçə dəfə belə hadisə baş verib. Yolun bu hissəsində baş verən torpaq uçqununun qarşısını almaq məqsədilə istinad divarı çəkilsə də, torpaq axınının qarşısını almaq mümkün olmayıb. Yola tökülən torpaq avtomobillərin hərəkətinə mane olub.
Yolun 109-132-ci km-də isə yol çöküb. Asfalt örtüyündə çalalar əmələ gəlib. Bu da həmin ərazidə avtomobilərin hərəkətinə qismən də olsa, təsir edib. Bu səbəbdən sözügedən ərazidə təmir işlərinə başlanılıb, çökmüş yola yeni asfalt vurulub.