BolgeXeber.Com » Xəbərlər » Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Prezidenti jurnalistlərə təbrik məktubu ünvanladı

Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Prezidenti jurnalistlərə təbrik məktubu ünvanladı

22-07-2017, 21:53
Oxunub: 2 025 Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Prezidenti jurnalistlərə təbrik məktubu ünvanladı"Zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatı 142 il əvvəl əsası görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetindən başlayaraq bu günümüzə qədər böyük və şərəfli bir inkişaf yolu keçib"

ƏZIZ VƏ HÖRMƏTLI KÜTLƏVI İNFORMASIYA VASITƏLƏRININ NÜMAYƏNDƏLƏRI!

Zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatı 142 il əvvəl əsası görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetindən başlayaraq bu günümüzə qədər böyük və şərəfli bir inkişaf yolu keçib. Dəfələrlə təzyiqə, zorakılığa, məhrumiyyətlərə məruz qalan məbuat, tarixinin böyük kəsimini– əvvəlcə Çar Rusiyası, daha sonra isə Sovetlər dönəmində – senzura altında yaşayıb. Qısa bir sürə, Azərbaycan Xalq Cümhuriyyəti dönəmi istisna olmaqla, 1875-ci ildən 1990-cı ilə qədər, az qala 115 illik dövr heç bir müstəqilliyi, azadlığı olmadan fəaliyyət göstərən Azərbaycan mətbuatı bütün ideoloji basqılara baxmayaraq həmişə sözünü deməyə çalışıb, mütərəqqi ideyaların və həqiqətin carçısı olub, sağlam, işıqlı fikirlərin təbliğində, milli-mədəni dəyərlərimizin qorunub saxlanılaraq nəsildən-nəslə ötürülməsində, xalqın maariflənməsində, düzgün, obyektiv informasiya ilə müntəzəm təmin edilməsində əvvəzsiz rol oynayıb.
Müstəqil mətbuatımızın təşəkkül tapdığı bu 26 ildə mətbuat çox böyük nailiyyətlər qazandı. Milli Azadlıq Hərəkatının, bütöv bir xalqın azadlıq ruhunun tribunasına çevrilən mətbuat Azərbaycan dövlətinin müstəqillik qazanmasında misilsiz xidmətlər göstərdi. Azərbaycan mətbuat işçiləri, Azərbaycan Respublikasında Dövlət siyasətinin həyata keçirilməsində, Vətəndaş cəmiyətinin inkişafında, gənclər arasında vətənpərvərlik ruhunun aşılamasında, müstəqil ölkəmizin demokratikləşməsi və vətəndaş cəmiyyətinin qurulması prosesində bilavastə yaxından iştirak edərək öz vəzifə borclarını vicdanla yerinə yetirirlər.
Ümummilli lider Heydər Əliyev ölkəmizdə söz və mətbuat azadlığının təmin edilməsinə, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılmasına daim xüsusi diqqət yetirib. Ulu Öndərin Azərbaycan mətbuatının inkişafına göstərdiyi böyük diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılaraq uğurla davam etdirilir
Əziz mətbuat işçiləri!
Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun İdarə Heyətinin adından və şəxsən öz adımdan Sizləri 22 iyul Milli Mətbuatımızın yaranmasının 142-ci il dönümü, Milli mətbuat və Jurnalistika günü münasibətilə Kütləvi İnformasiya Vasitələrinin bütün jurnalistlərini peşə bayramı münasibəti lə səmimi qəlbdən təbrik edir, hər birinizə yaradıcılığınzda yeni-yeni uğurlar arzulayıram.

Fürsətdən istifadə edərək, 2013-cü ildə 156 və bu il 2017-cidə 255 mətbuat işçilərinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən hədiyə edilərək mənzil alan mətbuat işçilərini səmimi qəlbdən təbrik edərək onlara təzə mənzillərində xoş və firavan yaşamalarını arzu edirəm. Arzu edirəm bu sevinc günü- gündən çiçəklənən Azərbaycanda mənzilə ehtiyacı olan və mənzil almayan bütün mətbuat işçilərinə nəsib etsin. Çünki bütün vətəndaşlarımızın buna haqqı var. Bunun üçündə KİV nümayəndələrinin və digər sahələrdə çalışan bütün vətəndaşlarımızın sosial vəziyyətinin və mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı atılan addımları dəstəkləyir və davamlı olmasını arzulayırıq.

Hörmətlə,SƏRRAF ORUC,Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər”Fondunun Prezidenti