BolgeXeber.Com » Xəbərlər » “Bolge.tv”nin redaktoru: “Adımızdan istifadə edən şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik”
“Bolge.tv”nin redaktoru: “Adımızdan istifadə edən şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik”
25-07-2017, 22:57
Oxunub: 4 269
“Adımızdan istifadə edən şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik”
Bu sözləri “Bolge.tv”nin redaktoru İbrahim Mahmudov son zamanlar onların adından istifadə edən işbazlar haqqında açıqlamasında bildirib.
Qeyd edək ki, bir müddətdir özünü “Bolge.tv”nin əməkdaşı kimi təqdim edən bəzi şəxslər paytaxtda və bölgələrdə yerləşən yerli orqanlara gedərək onlardan pul vəsaiti tələb ediblər.
Halbuki həmin şəxslərin adı “Bolge.tv”nin işçi siyahısında yoxdur və onlar sırf öz şəxsi maraqlarını təmin etmək naminə televiziyanın adından istifadə edirlər.
“Bolge.tv”nin redaktoru İbrahim Mahmudov məsələ ilə bağlı açıqlamasında bu tip hərəkətlərin yolverilməz olduğunu deyib.
“Sözügedən işbazlar şəxsi mənfəətləri uğrunda televiziyamızın nüfuzuna xələl gətirməyə çalışırlar. Əlbəttə, biz də öz növbəmizdə bu məsələyə laqeyd yanaşa biməzdik. Həmin işbazların tezliklə məsuliyyətə cəlb olunması üçün müvafiq qurumlara müraciət etmişik. Bu tip hərəkətlər yolverilməzdir. Biz daim şəffaf və qərəzsiz xəbərlərimiz ilə mətbuatda ad qazanmışıq və bu, gələcəkdə də belə olacaq. ” – deyə İbrahim Mahmudov açıqlamasını yekunlaşdırıb.
Belə hallarla rastlaşanlar 050-229-29-20 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər