BolgeXeber.Com » Xəbərlər » Bərdədə parkda 22- iyul Milli Mətbuat günü münasibətilə konsert proqramı keçirilib-FOTO
Bərdədə parkda 22- iyul Milli Mətbuat günü münasibətilə konsert proqramı keçirilib-FOTO
24-07-2017, 12:37
Oxunub: 4 758
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda 22 iyul Milli Mətbuat günü münasibətilə konsert proqramı təşkil etdi
Bolgexeber.com xəbər verir ki,konsert proqramından öncə Milli mətbuatın yaranması tarixindən danışılıb.Qeyd edilib ki:” Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabi böyük çətinliklərlərdən sonra o,Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu.1875-1877 -ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır”.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün Azərbaycanda yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.
Açıq havada təşkil edilmiş bu konsert proqramında Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Kətəlparaq kənd uşaq musiqi məktəbinin kollektivi ,digər tanınmış incəsənət ustaları və rəqs qrupları iştirak edib.Bir-birindən rəngarəng musiqi nömrələri,xalq mahnıları buraya toplşan yerli əhalinin, şəhərə təşrif buyurmuş qonaqların ruhunu oxşayıb və marağına səbəb olub.Məktəbin səs müəllimləri Kərim Məmmədovun,Cəlal Hüseynovun,Əmrah Məmmədovun ifa etdikləri xalq mahnıları və təsniflər tamaşaçılar tərəfindən alqışla qarşılanıb.Gənc müğənnilər Arzu Bərdəli və Murad Əlizadənin ifasında olan şən-şux musiqilər səhnəni daha da canlandırdı və gənclərin zövqünü oxşadı.V Muğam musiqi müsbiqəsinin qalibi Misir Məmmədovun ifasında “Qarabağ şikəstəsi”-nin zənguləsi qonaqlarda milli ruh yuksəkliyi yaratdı.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər