BolgeXeber.Com » Xəbərlər » Yasamalda 6 mərtəbəli bina yandı-VİDEO

Yasamalda 6 mərtəbəli bina yandı-VİDEO

24-07-2017, 20:37
Oxunub: 2 075 Yasamalda 6 mərtəbəli bina yandı-VİDEOYasamal rayonu İzmir parkı yaxınlığında yaşayış binasında baş verən yanğın nəticəsində binanın dam örtüyü 350-400 kvadratmetr sahədə yanıb

Bolgexeber.com-un məlumatına görə hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 16 maşını cəlb olunub. Nəsimi, Səbail və Yasamal rayonu əməkdaşları yanğının söndürülməsi yönündə tədbirlər həyata keçiriblər.
Həmçinin Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri də hadisə yerində olub.
Yanan binada yaşayan sakinlər təxliyyə olunub. Xəsarət alan və ya zəhərlənən yoxdur.
İlkin ehtimala görə, yanğın elektrik naqillərində baş vermiş qısaqapanma səbəbilə baş verib.
Yanğın qısa müddət ərzində söndürülüb.
Yanğının digər baş vermə səbəbləri araşdırılır.

Bolgexeber.com