BolgeXeber.Com » Xəbərlər » Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən növbəti hərracda özəlləşdirilən əmlakların siyahısı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən növbəti hərracda özəlləşdirilən əmlakların siyahısı

25-07-2017, 12:39
Oxunub: 2 752 Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən növbəti hərracda özəlləşdirilən əmlakların siyahısıƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə açıq hərracların keçirilməsi davam etdirilir

Komitə özəlləşdirmə prosesində maksimum operativliyi təmin etmək və böyük investor kütləsini bu prosesə cəlb etmək üçün mühüm işlərə imza atır. İstənilən şəxs hərracda həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər. Hərraclarda şəffaflığı artırmaq məqsədilə ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunur.
Əmlak Məsələləri Dövlət Komitəsi növbəti belə hərracını 25 iyulda keçirib. Hərracda özəlləşdirilən əmlaklardan 7-si kiçik dövlət müəssisəsi, 11-i istifadəsiz qeyri-yaşayış sahəsi, 7-si isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 2 kiçik dövlət müəssisəsi, 9 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 5 kiçik dövlət müəssisəsi və 2 istifadəsiz qeyri-yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib. Özəlləşdirilən əmlaklar, ticarət, təsərrüfat, təchizat sahəsinə aid olub.
Özəlləşdirilən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakının Sabunçu, Nizami rayonlarında, regionlardan isə Gəncə, Mingəçevir şəhəri və Xaçmaz, Cəlilabad, Neftçala rayonlarında yerləşir.
Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nizami rayonunda yerləşən “Samirə” kiçik dövlət müəssisəsi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 920 kv.m, torpaq sahəsi isə 968 kv.m təşkil edir.
Hərracda xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi də özəlləşdirilib. Bakının Sabunçu rayonunda yerləşən 1 saylı təsərrüfat malları mağazası bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 179,1 kv.m təşkil edir.
Paytaxtla yanaşı regionlarda da özəlləşdirilən kiçik dövlət müəssisəsi orta və kiçik sahibkarlığın inkişafına imkan verə biləcək əmlaklardır. Gəncədə yerləşən 105 saylı mağaza, Mingəçevirdə “Arzu” çayxanası, Xaçmazda 12 saylı mağaza, Neftçalada Ticarət obyekti bu kateqoriyaya aid olmaqla sahibləri üçün gələcəkdə yaxşı qazanc gətirə bilər.
Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Cəlilabad rayonunda yerləşən Təchizat sahəsi aiddir. Həmin əmlakın ümumi faydalı sahəsi 285 kv.m, torpaq sahəsi isə 18 min 409 kv.m təşkil edir.
Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 9-u paytaxtda, 2-i isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyekti müvafiq olaraq Binəqədi, Yasamal, Nizami, Xətai və Nərimanov rayonlarındadır. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə Sumqayıt şəhərində yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 15,5 kv.m ilə 107,1 kv.m arasında dəyişir.
Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək satış qiyməti Bakıının Xətai rayonunda yerləşən əmlakda qeydə alınıb. Həmin əmlakın ümumi sahəsi 125 kv.m təşkil edib.
Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Sumqayıt şəhərində yerləşən sahəsi 23,5 kv.m olan qeyri-yaşayış sahəsidir.
Hərracda müxtəlif markalı nəqliyyat vasitələri də özəlləşdirilib. Nəqliyyat vasitələrinin hərracı rəqabətli şəkildə keçib. Kia Sportage markalı avtomobilin ilkin satış qiyməti 4000 min manat olsada ən son qiymət 7 min manat təklif olunub.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r
Qeyd edilməlidir ki, hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqi, prosedurların sadələşdirilməsi, şəffaflığın təmin olunması investorlarıda marağın artmasına şərait yaradıb.
Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyəti, müəssisə və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları Özəlləşdirmə portalında (privatization.az) əks olunur. Hərraclar barədə həftəlik elanlar isə həm “Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və Özəlləşdirmə portalında yerləşdirilir.
Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 1 avqust tarixində keçiriləcəkdir.
Bolgexeber.com
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən növbəti hərracda özəlləşdirilən əmlakların siyahısı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən növbəti hərracda özəlləşdirilən əmlakların siyahısı