BolgeXeber.Com » Xəbərlər » ƏMDK-nin 12 saylı Ərazi İdarəsi vətəndaşlara necə xidmət göstərir? -VİDEO

ƏMDK-nin 12 saylı Ərazi İdarəsi vətəndaşlara necə xidmət göstərir? -VİDEO

25-07-2017, 12:52
Oxunub: 3 821 ƏMDK-nin 12 saylı Ərazi İdarəsi vətəndaşlara necə xidmət göstərir? -VİDEODaşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı ərazi idarəsi mərkəzi Şəki şəhəri daxil olmaqla, Qax rayonunun sakinlərinə də yüksək səviyyədə xidmət göstərir

Əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsi, torpaq sahələrinin özəlləşdirilməsi yönündə proseslər qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Müraciət edən vətəndaşlara lazımi bütün köməkliklər idarə əməkdaşları tərəfindən göstərilir.
Mütəmadi olaraq aparılan maarifləndirici tədbirlər Əmlak Məsələləri Dövlət Komitəsi haqqında vətəndaşların daha geniş təsəvvür sahibi olmalarına xidmət edir.
12 saylı ərazi idarəsinə müraciət edən sakinlər proseslərin tam şəffaf həyata keçirildiyini qeyd ediblər.
Rubrikamızın növbəti reportajı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsi haqqında olacaq.
Bolgexeber.com