BolgeXeber.Com » Xəbərlər » Ərini öldürüb, 4 il gizlədən qadın: "Fikirləşdim ki, başqa çarəm yoxdur" - YENİLƏNİB - VİDEO

Ərini öldürüb, 4 il gizlədən qadın: "Fikirləşdim ki, başqa çarəm yoxdur" - YENİLƏNİB - VİDEO

25-07-2017, 13:31
Oxunub: 3 578 Ərini öldürüb, 4 il gizlədən qadın: "Fikirləşdim ki, başqa çarəm yoxdur" - YENİLƏNİB - VİDEO Göygöldə 4 ildir itkin düşən kişinin arvadı tərəfindən öldürüldüyü üzə çıxıb

Bolgexeber.com ARB Kəpəz-ə istinadla xəbər verir ki, Polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış, eləcə də istintaq tədbirləri nəticəsində itkin düşmüş şəxs kimi 2013-cü ilin yanvar ayının 26-dan axtarışda olan Göygöl rayon Qırıxlı kənd sakini İlham Qəhrəmanovun qətlə yetirildiyini müəyyən edilib.

Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində 4 ildir axtarışda olan rayon sakini İlham Qəhrəmanovun 2013-cü ildə həyat yoldaşı Aynurə Qəhrəmanova tərəfindən ailə münaqişəsi zəminində qətlə yetirildiyi və həyətdəki tövlədə basdırıldığı müəyyən edilib. Saxlanılan şəxs istintaqa ifadəsi zamanı həyat yoldaşını qətlə yetirəndən sonra həyətdəki yardımçı tikilidə basdırdığını etiraf edib.

Aynurə Qəhrəmanova (Saxlanılan şəxs): "Sinəsindən itələdim arxası üstə çarpayıya düşdü. Boğazından tutub boğdum. Dedi boğuldum, boğuldum. Xırıltısı gələndə buraxdım. Aparıb damın arxasında gizlətdim. Səhər açıldı, fikirləşdim başqa çarəm yoxdur. Yer qazıb basdırdım üstünü də torpaqladım".

Yaradılan əməliyyat-istintaq qrupu tərəfindən yardımçı tikilidə qazıntı işləri aparılıb və mərhumun meyidinin qalıqları eksqumasiya olunaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilib.

Aynurə Qəhrəmanova (Saxlanılan şəxs): "Münaqişəli ailə olduğumzu üçün daim mübahisə olurdu. Hər gün dalaşırdıq. Həmin günü də mənə laqeyd sözlər çox dedi. Mənə ona dözmədim dalaşdıq".

-----------

12:09

Respublikanın polis və prokurorluq orqanlarının əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış, eləcə də istintaq tədbirləri nəticəsində itkin düşmüş şəxs kimi 2013-cü ilin yanvar ayının 26-dan axtarışda olan Göygöl rayon Qırıxlı kənd sakini İlham Qəhrəmanovun qətlə yetirildiyini müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) rəhbərliyinin xüsusi nəzarəti altında həyata keçirilən əməliyyat nəticəsində İ.Qəhrəmanovun 2013-cü ildə həyat yoldaşı Göygöl rayon sakini Aynurə Qəhrəmanova tərəfindən ailə münaqişəsi zəminində qətlə yetirildiyi və həyətdəki tövlədə basdırıldığı müəyyən edilib.

Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən A.Qəhrəmanova saxlanılaraq istintaqa təqdim edilib və o, ifadəsi zamanı həyat yoldaşını qətlə yetirəndən sonra həyətdəki yardımçı tikilidə basdırdığını etiraf edib.

Yaradılan əməliyyat-istintaq qrupu tərəfindən yardımçı tikilidə də qazıntı işləri aparılıb və mərhumun meyidinin qalıqları eksqumasiya olunaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilib.

XXX

Göygöl RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində Qarabağ məhəlləsində yerləşən gölün kənarında qeyri-aşkar şəraitdə rayon sakini Avtandil Əliyevin qətlə yetirməkdə şübhəli bilinən şəxslər də saxlanılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyevi qətlə yetirməkdə şübhəli bilinən Göygöl rayon sakinləri əvvəllər məhkum olunmuş Seymur Əhmədov və qohumu Röyal Mamedov tutularaq istintaqa təqdim edilib.

Saxlanılan şəxslər ifadələri zamanı A.Əliyevlə birlikdə gölün kənarında spirtli içki qəbul edəndən sonra aralarında yaranan mübahisə zamanı onu döyərək qətlə yetirdiklərini bildiriblər.

Qeyd edilən hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.