BolgeXeber.Com » Xəbərlər » Bərdə sakinləri etiraz edir: “Həmin yazılar rayon rəhbərliyini nüfuzdan salmaq məqsədi daşıyır!”

Bərdə sakinləri etiraz edir: “Həmin yazılar rayon rəhbərliyini nüfuzdan salmaq məqsədi daşıyır!”

4-08-2017, 13:19
Oxunub: 4 175 Bərdə sakinləri etiraz edir: “Həmin yazılar rayon rəhbərliyini nüfuzdan salmaq məqsədi daşıyır!”“Son zamanlar bəzi saytlarda Bərdə rayonu haqqında xoşagəlməz yazılar dərc olunur. Belə yazıların müəllifləri rayonumuzda gedən işləri görməzdən gələrək, İcra Hakimiyyətini nüfuzdan salmağa çalışırlar. Həmin yazılarda qeyd olunanlar həqiqətə uyğun deyil.”

Bu sözləri Bərdə sakinləri “Bolgexeber.com”un elektron poçt ünvanına göndərdikləri etiraz məktubunda yazıblar.
Həmin məktubu olduğu kimi təqdim edirik:
“Son zamanlar bəzi saytlarda Bərdə rayonu haqqında xoşagəlməz yazılar dərc olunur. Belə yazıların müəllifləri rayonumuzda gedən işləri görməzdən gələrək İcra Hakimiyyətini nüfuzdan salmağa çalışırlar. Həmin yazılarda qeyd olunanlar həqiqətə uyğun deyil. Bunu rayon sakinlərindən də öyrənə bilərsiz. Rayonumuzun inkişafi göz qabagındadir. Tez-tez tədbirlər keçirilir.Gənclərimiz üçün yeni is yerləri açılır. Onlari işlə təmin edirlər. Gənclərimizin vətənpərvər ruhda böyüməsinə diqqət edilir. Elə bu yaxınlarda rayonumuzda İcra Hakimiyyətinin təşəbbüsü ile Vətənin müdafiəsinə hazıram adlı tədbir keçirildi. Həmin tədbirdə vətənpərlik mövzusundan söhbət açıldı. Digər sahələrin inkişafına təkan verən tədbirlərdə maarifləndirici məqsədə xidmət edir. Məktəblərdə də şagirdlərə vətən sevgisinin aşılanmasına xüsusi diqqət ayrılır. Əlbəttə bütün bunlar öncəliklə cənab prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir.

Onun bölgələrin inkişafı haqqında imzaladığı fərman və sərəncamlar icra başçısı Vidadi İsayev tərəfindən vicdanla tətbiq olunur. Bizim daha yaxşı səviyyədə yaşamağımız üçün hər cür şərait yaradılır. Bu yazı vasitəsilə rayon rəhbərliyini nüfuzdan salmağa çalışan bəzi jurnalistlərə də səslənirik. Demək istəyirik ki, hazırladıqları yazıları ətraflı şəkildə araşdırma aparandan sonra dərc etsinlər. Vidadi İsayev başçı gəldikdən sonra rayonda xeyli dəyişikliklər olub. Əvvəl parklarımız, yollarımız pis vəziyyətdə idi. Parkda rahat gəzə bilmirdik, gigiyena qaydalarına riayət olunmurdu. İctimai əraziləri artıq otlar ələ almışdı. Bəzi xoşagəlməz hadisələr yaşanırdı. Lakin indi prezident İlahm Əliyevin göstərişlərinə əsasən, Bərdə rayonunda görülən işlər bizim yaşam səviyyəmizin daha da yaxşılaşdırlmasına yonelib. Bir daha demək istəyirik ki, bəzi jurnalistlər məqsədli şəkildə belə yazılar yazırlar ki, rayon rəhbərliyinin adına xələl gətirsinlər. Amma əsas odur ki, biz sakinlər Bərdədə bizə göstərilən yüksək səviyyəli diqqət və qayğıdan razıyıq və inanırıq ki, bu, gələcəkdə də belə olacaq. Buna görə ölkə başçısı İlham Əliyevə daha sonra isə Bərdə RİH-nin başçısı Vidadi İsayevə öz dərin təşəkkürümüzü bildiririk.


Arif Əliyev
Salman İsmayılov
Mamed İsmayılov
Əliyar Cahangirov
Ələkbər Əliyev və digər bütün Bərdə sakinləri adından.”

Elektron poçt ünvanımıza göndərilən bu məktub bizi Bərdə rayonunda sakinlərlə görüşməyə vadar etdi. “Bolgexeber.com”un və “Bolge.tv”nin əməkdaşları sakinlərlə görüşmək üçün Bərdəyə ezam olundu.
Həmin görüş zamanı rayon sakinləri sözügedən bəzi KİV nümayəndələri haqqında mənfi fikirlər və faktlar söylədilər.
Hal-hazırda redaksiyamızda sakinlərin bildirdiyi fikirlər araşdırılır və ən qısa müddətdə həmin jurnalistlərin bu yazıları hansı məqsədlə yazdıqları mövzusunda geniş videoreportajı “Bolge.tv”də izləyə biləcəksiniz.


İbrahim
Bolgexeber.com