Paytaxtda rabitə infrastrukturu olmayan ərazilər telefonlaşdırılır-FOTO
27-07-2017, 11:50
Oxunub: 2 983
Bakı Telefon Rabitəsi MMC (“Baktelecom”) rabitə infrastrukturu olmayan ərazilərdə kabelləşdirmə işlərini davam etdirir
Bolgexeber.com-a verilən məlumata görə artıq Maştağa qəsəbəsinin Muşalan yeni yaşayış massivi və Nardaran qəsəbəsinin Ləhiş bağlarında məskunlaşan sakinlərin telekommunikasiya xidmətlərinə olan tələbatı tam ödənilib.
Belə ki, hər iki ərazi üzrə ümumilikdə tutumu 2728 nömrə olan və 352 portlu genişzolaqlı avadanlıqlar quraşdırılaraq abunəçilərin istifadəsinə verilib.
“Baktelecom” tərəfindən adıçəkilən ərazilərdə tikilən yeni ATS-lərdə şəbəkənin istismarı üçün optik kabellər çəkilib. Müasir texnologiyalar əsasında aparılan kabelləşdirmə işləri fasiləsiz və dayanıqlı rabitə xidmətləri ilə təchizata imkan verir.
Hazırda daha çox insana xidmət göstərmək məqsədilə tələbata uyğun olaraq yeni xətt qurğularının tikintisi aparılır.
Yaxın zamanda Sabunçu Telefon Qovşağının xidməti ərazisi üzrə rabitə infrastrukturu olmayan digər yaşayış massivləri də multimedia xidmətləri ilə təmin olunacaq.
Artıq istismar müddəti bitmiş və zavod istehsalatı dayandırılmış qurğuşun qoruyucu qatlı kabellər zədəyə davamlı xüsusi örtüklü, müasir standartlara cavab verən optik kabellərlə əvəz edilir.
“Baktelecom” texniki imkanlılığı məhdud, rabitə infrastrukturu olmayan ərazilərin mərhələli şəkildə kabelləşdirilməsini bundan sonra da davam etdirəcək.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər