Qanunsuz ağac kəsən şəxslər həbs edildi
27-07-2017, 16:06
Oxunub: 2 686
Məlumat verildiyi kimi, öz qanunazidd əməlləri ilə dövlətin ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri davam etdirilir
Belə ki, paytaxtın Nizami rayonu ərazisində “Karvan-K” İstehsalat Kommersiya şirkəti tərəfindən əsaslı tikinti işlərinin aparılması zamanı müxtəlif növlü (şam, sərv və qarağac) 9 ədəd ağacın məhv edilməsi nəticəsində təbiətə 7.920 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə,həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində şirkətin direktoru Şirinov Vüqar İbiş oğlunun xidməti vəzifələrinin icrası ilə əlaqədar öz qulluq mövqeyindən sui-istifadə edərək üzərində hər hansı hüquqları olmayan torpaq sahəsindəki yaşıllıqların məhv edilməsi hesabına həmin şirkətin balansında olan “Planet” şadlıq sarayının arxa hissəsində yenidənqurma işləri aparmaqla qabaqcadan əlbir olduğu fərdi əmək fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakinləri Salmanov Vasif Telman oğlu və Əhmədov Sadiq Rza oğluna verdiyi tapşırığa əsasən sonuncuların həmin ərazidə 9 ədəd ağacı qanunsuz olaraq kəsmələrində əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı cinayət işi başlanmışdır.
V.Salmanov və S.Əhmədova Cinayət Məcəlləsinin 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxstərəfindən qanunsuz ağac kəsmə küllli miqdarda ziyan vurmaqla törədildikdə), V.Şirinova isə həmin məcəllənin 259.3-cü maddəsi ilə yanaşı, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər