BolgeXeber.Com » Xəbərlər » Tramp transseksualların ABŞ ordusunda xidmətini qadağan edəcək

Tramp transseksualların ABŞ ordusunda xidmətini qadağan edəcək

27-07-2017, 17:33
Oxunub: 2 506 Tramp transseksualların ABŞ ordusunda xidmətini qadağan edəcəkABŞ prezidenti Donald Tramp bəyan edib ki, transseksual vətəndaşlar hər hansı bir şəkildə ABŞ silahlı qüvvələrində xidmət göstərməyəcək

Tramp bu barədə sərəncam imzalayacağını tvitter hesabından elan edib.

Transseksual vətəndaşların orduda xidmət göstərməsinə icazə verən qanun eks-prezident Baraka Obamanın rəhbərliyi altında Müdafiə Nazirliyi tərəfindən qəbul edilmişdi. Qanuna görə transseksual vətəndaşlar açıq şəkildə orduda xidmət göstərəcəklər, lakin qanun hələ ki, axırıncı oxunuş mərhələsindədir. Mudafiə naziri Ceyms Mattis keçən ay bildirdi ki, o, planın qəbul edilməsini gecikdirir.

Tramp tvitter hesabından bəyan edib ki, generallar və ordu ekspertləri ilə aparılan məsləhətləşmədən sonra qərara alınıb ki, bu vətəndaşlar hərbi xidmət göstərə bilməyəcəklər. “Bizim ordumuz qərarlı olmalı və qələbəyə fokuslanmalıdır. Transseksualların səbəb olacağı böyük tibbi xərclərə və pozulmalara yol verilə bilməz” – Tramp qeyd edib.

Lakin hazırda orduda xidmət göstərən transseksual hərbçilər var. Onların barəsində hansı qərar çıxacağı hələ ki, bəlli deyil. Ağ Evin mətbuat katibi Sara Hakabe Sanders bu barədə açıqlama verməyib, sadəcə qanuna uyğun şəkildə qərar veriləcəyini bildirib.

Sanders tibbi xərclərə istinad edərək bildirib ki, transseksualın xidməti ordunun hazırlığı və birliyini pozur.

Transseksualların orduya daxil olmasını qadağan edən qanunu 2016-cı ildə eks-prezident Barak Obamanın rəhbərliyi ilə müdaifə naziri olmuş Aş Karter ləğv elədi. Lakin Pentaqona transseksual vətəndaşların orduya qəbul edilmə qaydalarını müəyyənləşdirmək üçün bir illik müddət verildi.

Tramp hakimiyyətə gəldikdən sonra müdafiə naziri Mattis isə qərarın çıxarılmasını gecikdirdiyini bəyan etdi. “Müdafiə naziri olduqdan bəri düşünürəm ki, nazirlik verdiyi hər qərarın orduya təsirlərini götür-qoy etməlidir. Belə bir qərar Amerika ordusunun hazırlığı və müdafiə qabiliyyətinə necə təsir edəcək? Transseksualların orduya qəbulu standartlara ziddir”.

2016-cı ildə Müdafiə Nazirliyinin apardığı araşdırmaya görə, transseksual vətəndaşların orduda xidmət göstərməsi ordunun hazırlığı və tibbi xərclərə təsiri minimal olacaqdır, çünki onların sayı azdır.

Araşdırma müəllifləri ordudakı transseksual vətəndaşların sayını göstərərək bildiriblər ki, cinsiyyət dəyişikliyi cərrahi əməliyyatı əhali arasında nadir aparılır. RAND araşdırmalarına görə, aktiv hərbi xidmətdə olanlardan 25-130 arası cərrahi əməliyyat aparır. Tibbi xərclər 2.4 və 8.4 milyon dollar arasında dəyişməkdədir və bu rəqəm çox az artım deməkdir.

Trampın elanı LGBT liderləri və vətəndaş hüquqları qruplarında etiraza səbəb olub. Amerika Vətəndaş Azaqlıqları Birliyi bu qərarı “həqarət” adlandırıb.

Obama administrasiyası mühafizəkarlar tərəfindən bu qərara görə çox tənqid olunmuşdu. Respublikaçılar Tramp administrasiyasından dərhal bu qərarı ləğv etməyi tələb etmişdi. Respublikaçılar bu qərarın ABŞ-ın müdafiə maraqlarına zidd olduğunu iddia etməkdədir.

Digər tərəfdən Tramp LGBT cəmiyyətinə seçki kampaniyası dövründə söz vermişdi ki, o, rəqibi Hillari Klintondan daha çox onların hüquqlarını qoruyacaq.