Əsmə külək, əsmə, axı gizli qalan problemləri üzə çıxarırsan - replika
28-07-2017, 10:42
Oxunub: 3 588
Əs ey külək, bağır, ey bəhri-biyaban ləpən...
Yaxşı ki, Cəfər Cabbarlı Bakının bu günlərini görmədi, yoxsa küləyə “əsmə” deyə yalvarardı ,bəlkədə...
Heç kim inkar etməz ki, iyulun 17-dən 23- dək dözülməz istilərin əsiri olmuşduq . Elə hey yağış, külək arzusunda idik ki, bir az sərinlik duyğusunu dadaq. Amma vəziyyət gəlib o yerə çatdı ki, dözülməz istilərə dözmək daha asand oldu, nəinki sərinlədiyimiz küləkli havaya. Az qalırdıq küləyə yalvaraq ki, əsmə külək, sakitliyin altında yatan çox problemimiz var, əsib onları üzə çıxartma.
Son günlərdə başlayan küləklər çoxlarına Bakının yalnız mərkəzi 4-5 prospektdən ibarət olmadığını bir daha xatırlatdı. Amma nədənsə yenə də xatırlayanlar içərisində aidiyyatı qurumlara rast gələ bilmədik.Yəni, Bakının rayonlarına rəhbərlik edən Rayon İcra Hakimiyyəti başçıları,onlara tabe olan Mənzil Komunal Təəsərrüfatı Birliyinin rəhbərləri bu dəfə də görmək istəmədilər ki, haradan peyda oldu havada uçuşan selofan torbalar,göydən ələnib üzərimizə tökülən qum dənəcikləri.
Görünür MKTB- nın vəzifəsini yaxşı halda gündəlik, bəzən də üç gündən bir zibil qablarının daşınması ilə bitmiş hesab edən vəzifəliləri hələ də anlamaq istəmirlər ki,xüsüsilə yay fəslində hər bir rayonda mərkəzi prospekt və ya yola paralel səkilərlə bərabər məhəllələr, prospektlərə çıxışı olan bütün yol və səkilər süpürülüb təmizlənməlidir. Çünki,bu belə olmasa saniyədə küləyin surəti 10 metr olduğu halda bir saat əvvəl təmizlənmiş istənilən ərazi toza –torpağa qərq olacaq.Yəni, heç kim təminat verə bilməz ki, küləkli hava şəraitində Bakının istənilən təmiz və səliqəli bir rayonu digər rayon üzərindən çirklənməyəcək.
Ümumiyyətlə turist axını hesabına imkanlarımızı nümayiş etdirib,digər tərəfdən bu sahənin dövriyyəsinin valyuta baxımından müntəzəm olmasını düşünürüksə, Bakı şəhərinin istənilən rayonu bütün çağırışlara hazır olmalıdır.
Hələ də bizim səthi və səhlənkar yanaşdığımız bu problem, ölkəsinə turist axını barədə düşünən digər ölkələr üçün illərlə əvvəl sistemləşdirilmiş bir məsələ olaraq həllini tapıb.
Birdəki, nədən MKTB-lərin tabeçiliyində yüzlərlə MİS idarələri, onlarında minlərlə işçisi olduğu halda, Bakı kompleks şəkildə təmiz və səliqəli saxlanmasın.
Faktinfo.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər