BolgeXeber.Com » Xəbərlər » Pivə içərkən görüntülənən iranlı aparıcı ölkəni ayağa qaldırdı - FOTO

Pivə içərkən görüntülənən iranlı aparıcı ölkəni ayağa qaldırdı - FOTO

28-07-2017, 15:22
Oxunub: 2 322 Pivə içərkən görüntülənən iranlı aparıcı ölkəni ayağa qaldırdı - FOTOBaş örtüyünü çıxararaq alkoqollu içki qəbul edən Namdarinin görüntüləri qısa zaman ərzində sosial şəbəkələrdə yayılaraq tənqid hədəfinə çevrilib

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İran dövlət televiziyalarının birində aparıcılıq edən Azadə Namdari İsveçrə tətilində pivə içərkən görüntülənib. Aparıcı artıq işdən azad olunub.
Baş örtüyünü çıxararaq alkoqollu içki qəbul edən Namdarinin görüntüləri qısa zaman ərzində sosial şəbəkələrdə yayılaraq tənqid hədəfinə çevrilib.
Aparıcı isə haqqında danışılan sözlərə cavab olaraq ailəsi ilə tətilə getdiyini və qadınların yanında olduğu üçün başını bağlamadığını bildirib.
Pivə içərkən görüntülənən iranlı aparıcı ölkəni ayağa qaldırdı - FOTO