BolgeXeber.Com » Xəbərlər » “Elektron hökumət” portalı üzərindən təqdim olunan elektron arayışlardan istifadə sayı artıb
“Elektron hökumət” portalı üzərindən təqdim olunan elektron arayışlardan istifadə sayı artıb
28-07-2017, 15:47
Oxunub: 2 973
"Elektron hökumət” portalı istifadəçilərə müxtəlif məzmunlu fərdi məlumatlar üzrə arayışları vahid mərkəzdən əldə etmə imkanı yaradır
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Bolgexeber.com-a verilən xəbərə görə portalda istifadə olunan xidmətlər arasında elektron arayışlara müraciət sayı son dövrlər artır və bu günə qədər 17 arayış növü üzrə 1.252.176 dəfə müraciət qeydə alınıb. Beləliklə, elektron arayışlar üzrə müraciət sayını təqdim edirik:
İş yerinə dair arayış - 608 034
Vətəndaşa aid fərdi məlumatlar üzrə arayış - 275 054
Yaşayış yeri haqqında arayış - 75 643
Diplom haqqında arayış - 64 473
Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış - 61 200
İl ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış - 27 964
Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış - 25 192
Vətəndaş haqqında "Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış - 21 439
Vətəndaşın adına qeydiyyatda olan nəqliyyat vasitəsi haqqında elektron arayış - 17 325
Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında arayışlar - 17 029
Vətəndaşın hərbi xidmət keçməsi barədə arayış - 16 532
Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış - 12 253
Vətəndaşın hərbi qeydiyyatda olması barədə arayış - 11 846
"Su təchizatı və tullantı sularının axıdılması xidmətləri"nə dair abonentə aid məlumatın verilməsi xidməti - 8 249
"Su təchizatı və tullantı sularının axıdılması xidmətləri”ndən istifadəyə görə borcun olmaması haqqında arayış - 6 127
Turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin lisenziyaları haqqında arayışlar - 2 545
Dənizçinin şəxsiyyət sənədi - 1 271
Bu arayışların elektron formada təqdimi vaxta qənaətlə yanaşı, bürokratik maneələri aradan qaldırır. E-arayışları PDF formatında yaddaşa verdikdən sonra çap edilməsi və istənilən elektron poçt ünvanına göndərilməsi mümkündür.
Qeyd edək ki, "Elektron hökumət” portalının "Elektron arayışlar” bölməsində "Elektron arayışların yoxlanılması” xidməti də yerləşdirilib. Bu xidmətin köməyi ilə arayışın üzərindəki QR-kod və ştrix kodlar vasitəsilə onun etibarlılığını yoxlamaq mümkündür. Sözügedən xidmətə bu günə qədər 57.112 dəfə müraciət olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər