Salyan RİH-nin başçısı haqqında iddialara rəsmi açıqlama verildi
29-07-2017, 12:34
Oxunub: 3 929
Bu gün ölkə mətbuatında Yardımlı rayon Koryədi kənd sakininin Salyan RİH-nin başçısı Sevindik Hətəmovu məhkəməyə verməsi ilə bağlı yazılar dərc olunub
İrəli sürülən iddiaların nə dərəcədə həqiqətə uyğun olduğunu öyrənmək "Bolgexeber.com" olaraq məsələni aydınlaşdırmağa qərar verdik və Koryədi kənd icra nümayəndəsi ilə əlaqə saxladıq. Əlsahib Məmmədov bildirdi ki, həmin yazılarda qeyd olunanlar həqiqəti əks etdirmir. Salyan RİH-nin başçısı Sevindik Hətəmovun müharibə iştirakçılarına qarşı diqqət və qayğısını rayonda hər kəs yaxşı bilir.
"Sevindik Hətəmov Yardımlı rayonunda yaşayan şəhid ailələrinə qarşı daim qarşı daim qayğı göstərib. Həmin ailələrə Yardımlı RİH tərəfindən müəyyən güzəştlər edilib.
O, Salyan rayonuna icra başçısı gəldikdən sonra eyni diqqət və qayğını bu rayonun sakinlərinə qarşı göstərib.
Sözügedən xatirə lövhəsinin sökülmə səbəbi hal-hazırda araşdırılır. Həmin büst ehtimallara görə, Sevindik Hətəmov başçı gəlməmişdən öncə sökülüb. Ancaq kim tərəfindən sökülməsi ilə bağlı dəqiq məlumat hal-hazırda yoxdur.
Bundan əlavə, hal-hazırda Etiqad Nüsrətovun atası İltifat Sadıqovun ruhuna hörmət əlaməti olaraq Koryədi kənd orta məktəbinin yanında onun adını daşıyan 3 otaqlı ev muzeyi yaradılıb və muzeyin həyətində təbii güllərin bəzədiyi bağça salınıb." - deyə Əlsahib Məmmədov açıqlamasını yekunlaşdırıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər