BolgeXeber.Com » Xəbərlər » Binəqədidə bu kanaldan su yox, kanalizasiya axır - VİDEO

Binəqədidə bu kanaldan su yox, kanalizasiya axır - VİDEO

29-07-2017, 11:14
Oxunub: 2 304 Binəqədidə bu kanaldan su yox, kanalizasiya axır - VİDEOBinəqədi qəsəbəsində 1-ci mədən ərazisində yaşayan sakinlər kanalizasiya sisteminin yoxluğundan əziyyət çəkirlər. Üstəlik, 500-600 metr hissədə çirkab sularının axdığı kanalın üstü açıqdır. Bu isə yay-qış vətəndaşlara əlavə problemlər yaradır

Bu kanaldan su yox, kanalizasiya axır. Görüntülər paytaxtda ən sıx məskunlaşmanın olduğu Binəqədi rayonundandır.
Rayonun eyniadlı qəsəbəsinin 1-ci mədən 43-cü korpus ərazisində yaşayan sakinlər uzun müddətdir ki, kanalizasiya sisteminin olmaması, eləcə də çirkab suların açıq şəkildə axıdılmasından narazıdırlar.
Sakinlər deyirlər ki, kanalizasiya sisteminin olmaması ilin bütün fəsillərində onlara problem yaradır.
Sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etdiklərini deyirlər. Amma hələ ki problem həll edilməyib. Problemin həllinə məsul qurum olan "Azərsu" ASC-dən isə bildirilib ki, məsələ araşdırılacaq.