“15 gün sonra kirayə evlər bahalaşacaq” - Ekspert
29-07-2017, 13:42
Oxunub: 3 039
"Bakıda daşınmaz əmlak bazarında ucuzlaşma var, lakin dinamik deyil”
Bu sözləri BakuPost.az-a açıqlamasında daşınmaz əmlak sahəsi üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, ucuzlaşmanın azalmasına səbəb ipoteka ilə bağlı qəbul olunan qərarlardır: "İpoteka ilə bağlı qəbul olunan qərarlardan sonra ucuz mənzilərə olan təlabat və ucuz mənzillərdə qiymət azalması dayanıb. İlin əvvəli ilə iyun ayının sonuna kimi olan göstəricilərdə qiymət ucuzlaşması 10% -i ötmür. Hesab edirəm ki, ilin sonuna qədər daşınmaz əmlak bazarında ciddi bir dəyişiklik müşahidə olunmayacaq. Bunun üçün hər hansı bir iqtisadi səbəb də yoxdur. Nisbi azalma və stabil vəziyyət hökm sürəcək”.
Ekspert kirayə evlər bazarındakı vəziyyətdən də danışıb. O, hazırda bu sahədə durğunluq müşahidə olunduğunu vurğulayıb: "Kirayələrin əksəriyyətini tələbə kontingenti təşkil edir. Tələbələrin də tədrisin başa çatması ilə əlaqədar rayonlara üz tutması təklifin artmasına səbəb olur. Bu zaman kirayə evlərin ucuzlaşması müşahidə olunur. Bu tendesiyada təxminən avqust ayının ortalarına kimi davam edəcək. Yeni tədris ilində yenidən qiymətlərin artımı müşahidə olunacaq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər