BolgeXeber.Com » Xəbərlər » Abşeron sakinləri: "Parkda yaradılan şəraitdən çox razıyıq"-VİDEO

Abşeron sakinləri: "Parkda yaradılan şəraitdən çox razıyıq"-VİDEO

31-07-2017, 09:34
Oxunub: 1 653 Abşeron sakinləri: "Parkda yaradılan şəraitdən çox razıyıq"-VİDEOAbşeron rayonunda salınmış Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında sakinlərin boş vaxtlarını səmərəli şəkildə keçirməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir

Mütamadi olaraq parkda təmizlik işləri aparılır və yaşıllıq sahələr işçilər tərəfindən sulanır.
Axşam saatlarında bu parkda xeyli sakinə rast gəlmək olar. Azyaşlı uşaqlardan tutmuş yaşlı nəsilə qədər hər kəs Heydər Əliyev parkında dincəlməyə üstünlük verir.
Təmiz havası və təhlükəsizliyin tam təmin olunması, həmçinin park daxilində yaradılmış uşaq guşəsi azyaşlıların əylənməsinə şərait yaradır.
Sakinlər Abşeron RİH-nin təşəbbüsü ilə yaradılmış parkda yaradılan şəraiti yüksək qiymətləndirirlər.

Heydər Əliyev adına istirahət parkının direktoru Xasay Məmmədov qeyd edib ki, bu park Abşeron rayonunda sakinlərin rahatlığının təminatı yolunda atılan addımlardan biridir.
Bolgexeber.com