Saakaşvili Poroşenkonun tezliklə devriləcəyini bildirib
30-07-2017, 10:43
Oxunub: 2 276
Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bildirib ki, Ukraynanın dövlət başçısı Pyotr Poroşenko tezliklə devriləcək
O, həmçinin Ukraynaya qayıdacağına söz verib."Report" xəbər verir ki, Saakaşvili bunu Gürcüstanın "Rustavi-2" teleşirkətinə müsahibəsində bildirib.
"Poroşenko heç cürə məndən yaxa qurtara bilməyəcək, əksinə, onun hərəkəti bütün Ukrayna müxalifətini birləşdirdi…yeni tarixdə liderlərin öz rəqiblərini ölkədən qovmağa çalışdığı bir halda, rəqibin geri qayıtması və həmin lideri vəzifəsindən devirməsinə dair xeyli nümunə var. Ukraynada məhz belə olacaq… Mənim gəlişim fonunda Poroşenkonun devrilməsi baş verəcək, biz Ukraynaya tamamilə yeni vəzifələrə qayıdacağıq", — deyə o əlavə edib.
Hazırda Saakaşvili ABŞ-dadır. Çərşənbə günü Ukrayna prezidenti sabiq qubernatorun vətəndaşlıqdan məhrum edilməsinə dair fərman imzalayıb.
Saakaşvili, həmçinin bildirib ki, Poroşenko Gürcüstana dövlət səfəri zamanı gizli şəkildə əvvəllər baş nazir olmuş milyarder Bidzina İvanişvili ilə görüşüb. Sabiq prezidentin sözlərinə görə, onlar razılığa gəliblər ki, Kiyevə Saakaşviliyə qarşı cinayət ittihamlarını sübuta yetirəcək saxtalaşdırılmış məlumatlar veriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər