BolgeXeber.Com » Xəbərlər » Hacıqabulda atışma: Çox sayda ölən və yaralanan var – VİDEO – FOTO

Hacıqabulda atışma: Çox sayda ölən və yaralanan var – VİDEO – FOTO

31-07-2017, 10:39
Oxunub: 1 775 Hacıqabulda atışma: Çox sayda ölən və yaralanan var – VİDEO – FOTOHacıqabulda evə basqın edərək bir ailənin dörd üzvünü öldürən şəxs polis tərəfindən zərərsizləşdirilib

Bolgexeber.com Report-a istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü, Hacıqabul şəhər sakini Mübariz Qibləli oğlu Mehdiyevlə Qəmbərovlar ailəsi arasında mübahisə Rusiya Federasiyasında olarkən başlayıb. Bir neçə gün bundan əvvəl Rusiyadan qayıdan M.Mehdiyev Qəmbərovlar ailəsinin yaşadığı evə basqın edərək, odlu silahla 4 nəfəri öldürüb, 1 nəfəri isə yaralayıb. M.Mehdiyev polis tərəfindən mühasirəyə alınıb və öldürülərək zərərsizləşdirilib.

Silahlı basqın nəticəsində ölən şəxslər bunlardır:

1988-ci il təvəllüdlü Namiq Nazim oğlu Qəmbərov;

1953-cü il təvəllüdlü Nazim Əliağa oğlu Qəmbərov;

1962-ci il təvəllüdlü Gülbağda Eynulla qızı Qəmbərova;

1958-ci il təvəllüdlü Bibilər Malik qızı Qəmbərova;

1971-ci il təvəllüdlü Mübariz Qibləli oğlu Mehdiyev (evə silahlı basqın edən şəxs).

Yaralanan:

1947-ci il təvəllüdlü Məmməd Əliağa oğlu Qəmbərov.


08:37

Hacıqabulda baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, bir nəfər isə yaralanıb.

Bayram İbrahimov küçəsində evə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.

İlkin məlumata görə, basqınçının ailə üzvləri ilə Qəmbərovlar arasında Rusiyada hansısa anlaşılmazlıq baş verib. Buna görə də M. Mehdiyev evə hücum edərək, Qəmbərovları güllələyib.

Ailə üzvlərindən biri - Məhəmməd Qəmbərov yaralı vəziyyətdə Hacıqabul Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən Mübariz Mehdiyevin isə polis tərəfindən zərərsizləşdirildiyi bildirilir. Digər məlumata görə, M. Mehdiyev evdə olan 5 nəfəri güllələyəndən sonra özünü də öldürüb.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Сinayətin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.

Hacıqabulda atışma: Çox sayda ölən və yaralanan var – VİDEO – FOTO
Hacıqabulda atışma: Çox sayda ölən və yaralanan var – VİDEO – FOTO
Hacıqabulda atışma: Çox sayda ölən və yaralanan var – VİDEO – FOTO