Moskvadan qalan qisas: Hacıqabuldakı qətlin təfərrüatları
31-07-2017, 11:20
Oxunub: 1 536
Hacıqabulda beş nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən silahlı insidentin təfərrüatları məlum olub
Hacıqabul Şəhər İcra Nümayəndəliyindən bildirilib ki, bir ailənin dörd üzvünü qətlə yetirən Mübariz Mehdiyev Moskvada yaşayırmış:
"O, bir müddət öncə həbsdən çıxmışdı. Mübarizlə Qənbərovlar ailəsinin Moskvada yaşayan üvzü Natiq arasında illərdir ki, münaqişə vardı. Ona görə də Mübariz həbs olunmuşdu. Mübarizin qisas almaq istədiyi şəxs Moskavda yaşayır. Onların hər ikisi Moskva uşaqlarıdır. Bazarda alver edirdilər.
Mübariz həmin şəxdən qisas almaq üçün səhər saat altı tamamda Qənbərovların həyətinə daxil olub. O, səhv edərək Qənbərovların qardaşının ailəsini qətlə yetirib. O, Moskvada yaşayan şəxsin ailəsini yox, onun əmisinin ailə üvlərini qətlə yetirib. Mübarizin səhv etməsinə səbəb isə Qənbərovlar ailəsinin bir həyətdə yaşaması olub. Səhər tezdən həyətə daxil olan Mübariz qarşısına keçən hər kəsə güllə atıb. Bu zaman qonuşlar polisə xəbər veriblər.
Polis həyətə daxil olan kimi, Mübariz gülləni özünə sıxıb. Beləliklə 5 nəfər hadisə yerindəcə ölüblər. Onlar Moskavda alver edən zaman aralarında münaqişə baş vermişdi. Mübarizin qətlə yetirdiyi ən gənc şəxsin isə 28 yaşı var. O da Moskvada yaşayan Natiqin əmisi oğludur. Mübariz də ailə həyatı qurmayıb. Bildiyimizə görə Mübarizin həbs olunmasına bu ailənin Moskvada yaşayan üzvü səbəb olub”- deyə İcra Nümayəndəliyindən bildiriblər./azvision.az
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər