BolgeXeber.Com » Xəbərlər » Abşeronda sosial-iqtisadi sahədə yeni nailiyyətlər əldə edilir

Abşeronda sosial-iqtisadi sahədə yeni nailiyyətlər əldə edilir

31-07-2017, 13:35
Oxunub: 3 583 Abşeronda sosial-iqtisadi sahədə yeni nailiyyətlər əldə edilir“Mənə etimad göstərib bu vəzifəyə təyin etdiyi üçün ölkə başçısı cənab İlham Əliyevə təşəkkür edirəm”

2015-ci ildə prezident İlham Əliyevin sərəncamına əsasən Abşeron RİH-nin başçısı vəzifəsinə təyin edilən İradə Gülməmmədova ona göstərilən göstərilən etimadı doğrultmaq üçün durmadan çalışır.
Bu cür məhsuldar fəaliyyətin nəticəsidir ki, İradə Gülməmmədovanın gəlişindən sonra Abşeron rayonunda sakinlərin yaşayış səviyyəsinin yüksəldilməsi yönündə məqsədyönlü tədbirlər həyata keçirilib.
Yenidən qurulmağa ehtiyacı olan evlərin dam örtükləri, gediş-gəlişin çətinləşdiyi yollara yeni asfalt örtüyü çəkilir.
Bir neçə gün əvvəl “Bolge.tv” əməkdaşları Abşeron rayonunda salınmış Heydər Əliyev adına mədəniyyət və istirahət parkında son vəziyyətlə tanış olublar.
Bu parka üz tutan sakinlərin boş vaxtlarını səmərəli şəkildə keçirməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib.
Mütamadi olaraq parkda təmizlik işləri aparılır və yaşıllıq sahələr işçilər tərəfindən sulanır.
Axşam saatlarında bu parkda xeyli sakinə rast gəlmək olar. Azyaşlı uşaqlardan tutmuş yaşlı nəsilə qədər hər kəs Heydər Əliyev parkında dincəlməyə üstünlük verir.
Təmiz havası və təhlükəsizliyin tam təmin olunması, həmçinin park daxilində yaradılmış uşaq guşəsi azyaşlıların əylənməsinə şərait yaradır.
Sakinlər öz müsahibələrindən Abşeron RİH-nin təşəbbüsü ilə yaradılmış parkda yaradılan şəraiti yüksək qiymətləndirdiklərini dilə gətiriblər.

Abşeron rayonunda rayon ictimaiyyətinin iştirakı ilə mütəmadi olaraq keçirilən tədbirlər maarifləndirmə xarakteri daşıyır.
İllik hesabat tədbirlərində prezident İlham Əliyevin daxili siyasəti nəticəsində Abşeron rayonunda gedən abadlıq-quruculuq işləri və sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə məlumat verilir.
Sakinlərin problemlərinə həssas münasibət bəsləyən İradə Gülməmmədova səyyar görüşlər zamanı sözügedən məsələlərin həlli istiqamətində məsul şəxslərə müvafiq tapşırıqlarını verir.
İradə Gülməmədova qadın olmasına baxmayaraq, ölkə rəhbərliyi tərəfindən verilən tapşırıqları vicdanla icra edir.
Abşeron rayonunda bu ay ərzindən əhalinin elektrik enerjisi təminatının daha da yaxşılaşdırılması yönündə görülən tədbirlər görülüb.
Bu sahələrdə olan vəziyyət müntəzəm olaraq təhlil edilmiş, ilk növbədə maddi-texniki təchizatın yaxşılaşdırılması, əhalinin elektrik enerjisi ilə daha keyfiyyətli və dayanıqlı təmin edilməsi üçün iş daha şəffaf şəkildə qurulmuşdur.

Cari ilin birinci yarısında əhalinin sabit elektrik enerjisi təminatı ilə bağlı yaşayış məntəqələrində 14 ədəd yeni transformator quraşdırılmış, 3 ədəd yanmış transformator bərpa edilmiş, 180 ədəd dayaq və 50130 metr naqil dəyişdirilmiş, yaşayış məntəqələrində 25 min metr uzunluqda “SİP” kabeləşməsi aparılmışdır. Qobu qəsəbəsində 110 kv-luq, Xırdalan şəhəri və Masazır kəndində isə 35 kv-luq yarımstansiyaların tikintisi, şəhər ərazisində 3 yarımstansiyanı birləşdirəcək dairəvi 35 kilovoltluq xəttin çəkilişi işləri başa çatmış, Xırdalan şəhərində əlavə olaraq 1 yeni 35 kv-luq yarımstansiyanın tikintisinə başlanılmışdır.

Eyni zamanda Xırdalanda 10 kilovoltluq elektrik hava xətlərinin yeraltı kabellərlə əvəz olunması və Hökməli qəsəbəsinin daxili xətt şəbəkəsinin yenidənqurulması işlərinə də başlanılmışdır. Digah qəsəbəsində elektrik enerjisi verilişinin Binəqədineftdən ayrılaraq Fatmayı yarımstansiyasının üzərinə keçirilməsi nəticəsində qəsəbədə elektrik təchizatı ilə bağlı problemlər aradan qaldırılmışdır.
Son illər respublikanın bölgələrində genişmiqyaslı abadlıq və quruculuq tədbirləri çərçivəsində yaşayış binalarının əsaslı təmiri ilə əlaqədar həyata keçirilən işlər önəmli əhəmiyyət kəsb edir. Abşeron rayonunda da bu istiqamətdə mühüm addımlar atılır. Rayon icra hakimiyyətinin təşkilatçılığı və daxili imkanlar hesabına mənzil fonduna daxil olan çoxmərtəbəli yaşayış binalarından təmirə ehtiyac olanları əsaslı təmir edilir.

Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın təşəbbüsü ilə icrasına başlanılmış “Nümunəvi məhəllə” layihəsi çərçivəsində Ceyranbatan qəsəbəsində 7 bina əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib. Hal-hazırda isə əsaslı təmirə ehtiyac olan 5 binanın təmiri işləri həyata keçirilməkdədir.

Əlbəttə, bu yazılanlar Abşeron rayonunun inkişafının çox kiçik bir hissəsidir. Çünki bu inkişaf barədə saatlara söhbət etmək olar.
Sonda yazını İradə Gülməmədovanın başçı təyin edildiyi gün dediyi və o gündən bu yana sadiq qaldığı cümlələrlə yekunlaşdırmaq istəyirəm.
“Ölkə başçısı bu məsuliyyətli vəzifəyə məni təyin etdiyi üçün bütün qadınlar adından ona təşəkkürümü bildirirəm. Çalışacağam ki, prezidentimizin mənə göstərmiş olduğu etimadı bacarığımla, var-qüvvəmlə doğruldum”
İbrahim
Bolgexeber.com