Qusarda bu kənd 5 gündür işıqsız qalıb - ŞİKAYƏT
1-08-2017, 09:57
Oxunub: 3 086
Qusar rayonunun Urva kəndində beş gündür ki, borclu abonentlərin işığı kəsilib
Cebhe.info-ya ünvanlanan şikayətdə qeyd olunur ki, heç bir xəbərdarlıq olmadan işıq xətləri kəsilib. Sakinlərin sözlərinə görə, bu borclar hələ “Barmek”in vaxtında yazılıb: “Hava istidir. Sakinlər soyuducu, kondisioner istifadə edə bilmirlər. İşıq kəsən işçilərlə əlaqə saxlayırıq, telefonu üzümüzə bağlayırlar”.
Məsələ ilə əlaqədar olaraq Qusar rayon İşıq İdarəsi ilə əlaqə saxladıq.
İşıq İdarəsindən bu məlumatların əsassız olduğu bildirilib: “Heç kimə xəbərdarlıq edilmədən işıq xətləri kəsilmir. Köhnə borcların bizə aiddiyatı yoxdur”. Daha sonra idarədən bildirilib ki, xətti kəsilənlər sırasında köhnədən borcu olanlar yoxdur.
Sakinlər İşıq İdarəsinin borclulara anlayış göstərməməkdə, isti havanı nəzərə almamaqda günahlandırıb. Lakin idarədən bildirilib ki, sakinlərə kifayət qədər anlayış göstəriblər: “Kifayət qədər güzəşt etdik. Hətta imkan veririk ki, borclarını hissə-hissə ödəsinlər. Camaatı başa düşürük ki, imkansızdır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər