BolgeXeber.Com » Xəbərlər » “Kənddə özüm hazırlaşıb, 662 bal yığmışam” - Zərdabda pul olmadığı üçün oxumaqdan imtina etdiyi deyilən Aytən
“Kənddə özüm hazırlaşıb, 662 bal yığmışam” - Zərdabda pul olmadığı üçün oxumaqdan imtina etdiyi deyilən Aytən
1-08-2017, 12:47
Oxunub: 3 365
Zərdab rayonunda ali məktəblərə qəbul imtahanından 650 bal toplayaraq hüquq fakültəsinə daxil olan tələbənin sevinci kədərə çevrilib
Sosial şəbəkələrdə Zərdab rayonundan olan abituriyentin repetitor yanına getmədən yüksək bal topladığı, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini seçdiyi, lakin imkansızlıq ucbatından Bakıya gəlib, təhsil ala bilmədiyi barədə məlumatlar yayılıb. Bildirilir ki, tələbənin qalmağa yeri, kirayə ev tutmağa imkanı və kitab-dəftər almağa pulu olmadığından, o, universitetdə oxumaqdan imtina edib.
BakuPost.az-ın əməkdaşı sözügedən abituriyentin kimliyini araşdırıb. Məlum olub ki, təhsildən məcburən imtina etdiyi bildirilən abituriyent rayonun İmadəddin Nəsimi adına Yarməmmədbağı kənd tam orta məktəbinin məzunu Şirinova Aytən Şirin qızıdır. O, imtahanlardan 662 bal toplayıb.
Aytən Şirinova BakuPost.az-a açıqlamasında bildirib ki, imkansızlıq ucbatından oxumaqdan imtina etməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir: "Zərdab rayonunun Lələağacı kəndindənəm. Ali məktəblərə qəbul imtahanına özüm evdə hazırlaşmışam. Heç bir müəllim hazırlaşdırmayıb.
3-cü qrupa imtahan vermişdim. İxtisas olaraq Hüquq fakültəsini seçəcəyəm. Keçid balım da düşür.
Düzdür, o qədər imkanlı ailə deyilik. Amma kiminsə köməyin ehtiyacımız yoxdur. Gələcəyəm, oxuyacağam”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər