BolgeXeber.Com » Xəbərlər » Kənd icra nümayəndəsinin müavini bıçaqlandı-VİDEO

Kənd icra nümayəndəsinin müavini bıçaqlandı-VİDEO

1-08-2017, 17:48
Oxunub: 2 059 Kənd icra nümayəndəsinin müavini bıçaqlandı-VİDEOLənkəranda kənd icra nümayəndəsinin müavini bıçaqlanıb

Hadisə ötən gecə Lənkəranın Günəhir kəndində baş verib. Sumqayıtdan qonaq gələn Amil Caniyev toy məclisinə qan salıb. Belə ki, dostları ilə yeyib-içən Amil Canıyevin onunla eyni masa arxasında oturan kənd icra nümayəndəsinin müavini Famin Mirzəyevlə mübahisəsi düşüb. Aralarında yaranan mübahisəni aydınlaşdırmaq üçün tərəflər toy mağarını tərk edib.
Münaqişəyə çevrilən mübahisə sonda bıçaqlanma ilə nəticələnib. Hadisə nəticəsində, Sumqayıt şəhər sakini Amil Canıyev kənd ərazi icra nümayəndəsinin müavini, 40 yaşlı Mirzəyev Famin Mirhüseyn oğlunu bıçaqlayıb.
Ağır xəsarət alan Famin Mirzəyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
Xəstəxanadan verilən məlumata görə, hazırda xəstənin vəziyyəti orta ağırdır. Onu vuran Amil Babarəhim oğlu Caniyev saxlanılaraq istintaqa cəlb olunub. Onun polisə könüllü təslim olduğu deyilir. İlkin ifadəsində Amil Caniyev kəndə toy məclisində iştirak etmək üçün gəldiyini, yeyib-içdikdən sonra Famin Mirzəyevlə sözlərinin düz gəlmədiyini, aralarında yaranan mübahisənin qan tökülməklə nəticələndiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.
Bolgexeber.com