Pirallahıda tikinti-quruculuq işlərinə 9,5 milyon manat ayrılıb
1-08-2017, 18:55
Oxunub: 2 601
Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb
Azərbaycan Respublikasında sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olan regional tarazlığın təmin edilməsi, kommunal və sosial xidmətlərin həcminin və keyfiyyətinin daha da yaxşılaşdırılması, əhalinin yaşayış şəraitinin və sosial rifahının yüksəldilməsi ilə bağlı konkret hədəflərə istiqamətlənmiş məqsədyönlü və sistemli fəaliyyət həyata keçirilir. Regionların, habelə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında yeni bir mərhələnin yaranmasına səbəb olmuş, davamlı sosial-iqtisadi inkişaf sahəsində mühüm nailiyyətlər əldə edilmişdir.
Görülmüş tədbirlər çərçivəsində Bakı şəhərinin Pirallahı rayonunda da mühüm tikinti-quruculuq və abadlıq işləri həyata keçirilmiş, irimiqyaslı infrastruktur layihələri icra olunmuş, o cümlədən “Pirallahı” Günəş Elektrik Stansiyası tikilib istifadəyə verilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi və yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir.
Sərəncamda qeyd olunur ki, Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi, habelə əhalinin mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinə 9,5 (doqquz milyon beş yüz min) milyon manat, o cümlədən Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinin davam etdirilməsi üçün 4,5 (dörd milyon beş yüz min) milyon manat, qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 29 ədəd yeni beş mərtəbəli çoxmənzilli binanın tikintisi üçün ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər