Universitetlərə qəbul planı niyə dolmur - Yüksək təhsil haqqı, yoxsa...
1-08-2017, 19:23
Oxunub: 1 671
Bu il ali məktəblərə qəbul üçün 42 806 tələbə vakansiyası təqdim olunsa da, say planına tam əməl ediləcəyi gözlənilmir
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Maraqlıdır, hansı səbəbdən tələbə planı üzrə yerlər boş qala bilər? Belə bir vəziyyətin yaranmasına təhsil haqlarının bahalığı nə dərəcədə təsir göstərir?
Bu barədə Yenicag.Az-a danışan təhsil eksperti, Turizm və Menecment Universitetinin dosenti Məhərrəm Zülfüqarlı bildirib ki, müxtəlif amil və səbəblər ali məktəblərə qəbul üzrə plan yerlərinin boş qalmasına səbə ola bilər:
“Burada sözsüz ki, ilk yerdə təhsil haqqının yüksək olması dayanır. Bir çox valideynlər yüksək təhsil haqqını ödəmək imkanında deyil. Ola bilər, ali məktəbə daxil olan uşağın oxumağa həvəsi var, amma təhsil haqqını verə bilmədiyindən sonda plan yeri boş qalır.
Başqa bir tərəfdən, elə ixtisaslar var ki, tələbələr ali məktəbi bitirdikdən sonra iş tapmaqda çətinlik çəkirlər. Ona görə də qəbul olunsalar da, həmin ixtisaslar üzrə təhsili davam etdirməyə həvəsli olmurlar. Eyni zamanda, tələbələr bir sıra ixtisaslar üzrə tədris edilən müəyyən fənlərlə bağlı çətinlik çəkirlər.
Məsələn, son zamanlar gənclərimiz arasında fizika, kimya və riyaziyyat fənlərinə maraq xeyli azalıb. Məhz bu amil də bəzi ixtisaslar üzrə plan yerlərinin dolmamasına gətirib çıxarır.
Ancaq bütün hallarda dövlət sifarişilə qəbul olunma prosesində dövlət özünə lazım olan ixtisaslar üzrə kəsir yaranmır. Gələcəkdə dövlətə hansı ixtisaslar lazımdırsa, daha çox məhz onlara üstünlük vermək lazımdır ki, plan yerləri indi olduğu kimi boş qalmasın”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər