BolgeXeber.Com » Xəbərlər » Putin suyun altında balığı belə tutdu - VİDEO

Putin suyun altında balığı belə tutdu - VİDEO

5-08-2017, 12:02
Oxunub: 2 585 Putin suyun altında balığı belə tutdu - VİDEORusiya prezidenti Vladimir Putinin Tuvada suyun altında durnabalığı ovlamasının görüntüləri yayılıb

"Zvezda” telekanalı xəbər verir ki, görüntülər maskaya yerləşdirilən "ekşn kamera” ilə çəkilib.
Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, prezident Amur vilayətinə getməzdən əvvəl iki gün Tuvada olub. Peskovun sözlərinə görə, Putin tayqa meşəsində olub, "kvardaçıkıl"da gəzib, soyuq göldə çimib və sualtı balıqçılıqla məşğul olub.

"O, bir durnabalığını iki saat tutmaq istəyib və son nəticədə istəyinə nail olub”, - deyə Putinin köməkçisi bildirib.

Putinin tutduğu ən böyük durnabalığı 20 kiloqram olub.