Əli Həsənov nəvəsinin törətdiyi dəhşətli qəzadan danışdı
7-08-2017, 10:18
Oxunub: 3 776
Baş nazirin müavini, “Qaçqınkom” sədri Əli Həsənov bu dəfə medianın gündəminə nəvəsinin ölümlə nəticələnən yol qəzası törətməsi faktı ilə gəldi
Sosial şəbəkələrdə və mediada bu qəzaya görə, nəvədən daha çox babaya qarşı ağır ittihamlar irəli sürülür.
Bolgexeber.com xəbər verir ki, Gununsesi.info Əli Həsənovun özü ilə əlaqə saxlayaraq, olay barədə fikirlərini soruşub.
Əli Həsənov faciəyə səbəb olan qəza barəsində danışmaq istəmədiyini deyib: “Mən heç nə danışmaq istəmirəm. Mənim adımın mediada gündəmə gətirilməsinə gəlincə, hüququ ölkədə məsuliyyət fərdidir. Çox istərdim ki, media nümayəndələri də bunu başa düşsün. Başqa deyəcəyim bir şey yoxdur”.
Avqustun 3-də Heydər Əliyev prospektində iki nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən qəzada “Galendevagen” markalı avtomobilin sürücüsü müəyyən olunub.
Məlum olub ki, sükan arxasında “Qaçqınkom” rəhbəri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub.
DİN həmin gəncin cinayət məsuliyyətinə cəlb olunacağını bəyan edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər