BolgeXeber.Com » Xəbərlər » Yasamalda səki qanunsuz olaraq zəbt edilib – VİDEO

Yasamalda səki qanunsuz olaraq zəbt edilib – VİDEO

7-08-2017, 11:34
Oxunub: 2 028 Yasamalda səki qanunsuz olaraq zəbt edilib – VİDEOSəkidə avtomobillərin park edilməsi üçün obyekt sahibi tərəfindən nişan da qoyulub

Bolgexeber.com Xezerxeber-ə istinadən məlumat verir ki, bura Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsidir.

Küçədəki hündürmərtəbəli binanın altında fəaliyyət göstərən obyektin sahibi səkini qanunsuz olaraq parkinq ərazisinə çevirib. Avtomobillər səkidə park edildiyindən məcbur qalan piyadalar özlərini riskə ataraq avtomobil yoluna çıxırlar.

Piyada səkilərinin zəbt edilməsini şəhərin bir çox yerlərində görmək mümkündür. Məsələ ilə bağlı obyekt sahibinin də mövqeyini öyrənmək istədik. Ancaq o, çəkiliş qrupu olduğumuzu bildikdən sonra müsahibə vermək əvəzinə, səkiyə qoyduğu nişanı götürüb apardı.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə deyir ki, əgər səki zəbt olunarsa və piyadaların hərəkətinə maneə yaradılarsa, bununla bağlı İnzbati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulub. Bu əmələ görə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq fiziki şəxslər 80-100, vəzifəli şəxslər 400-500, hüquqi şəxslər isə 3-4 min manat məbləğində cərimə edilə bilər.