BolgeXeber.Com » Xəbərlər » ƏMDK-nin 16 saylı ərazi idarəsi vətəndaşlara necə xidmət göstərir? (VİDEO)

ƏMDK-nin 16 saylı ərazi idarəsi vətəndaşlara necə xidmət göstərir? (VİDEO)

7-08-2017, 23:04
Oxunub: 3 216 ƏMDK-nin 16 saylı ərazi idarəsi vətəndaşlara necə xidmət göstərir? (VİDEO)Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsi mərkəzi Ucar rayonu daxil olmaqla, Göyçay, Kürdəmir və Zərdab rayonlarında sakinlərə yüksək səviyyəli xidmət göstərməyə davam edir

Əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsi, torpaq sahələrinin özəlləşdirilməsi yönündə proseslər qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Mütəmadi olaraq aparılan maarifləndirici tədbirlər Əmlak Məsələləri Dövlət Komitəsi haqqında vətəndaşların daha geniş təsəvvür sahibi olmalarına xidmət edir.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinin Dövlət qeydiyyatı üzrə baş qeydiyyatçısı Sənan Ələkbərov qeyd edib ki, son yeniliklər arasında fiziki məhdudiyyətli şəxslərin qeydiyyat proseslərini öz evlərində həyata keçirmələri də var.
16 saylı ərazi idarəsinə müraciət edən sakinlər göstərilən xidməti yüksək qiymətləndirirlər.
Rubrikamızın növbəti reportajı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ərazi idarəsi haqqında olacaq.
Bolgexeber.com