BolgeXeber.Com » Xəbərlər » Avtovağzalda qiymət fərqi: Kassa və avtobuslarda bilet - VİDEO

Avtovağzalda qiymət fərqi: Kassa və avtobuslarda bilet - VİDEO

8-08-2017, 12:03
Oxunub: 2 189 Avtovağzalda qiymət fərqi: Kassa və avtobuslarda bilet - VİDEOBakı Beynəlxalq Avtovağzalında biletlərin qiymətləri kassalarda müəyyən olunan məbləğdən 80 qəpik, 1 manat, hətta 1 manatdan da baha satılır. Bundan əlavə avtobuslarda boş qalan yerlərə götürülən sərnişinlərdən faktiki tarifdən 1-2 manat daha çox pul tələb edirlər

Bolgexeber.com bildirir ki, vətəndaşların göndərdikləri bu iddiaları araşdırmaq üçün "Xəzər Xəbər"in əməkdaşları Bakı Beynəlxalq Avtovağzalına yaxınlaşsalar da icazə almadan içəri buraxılışın mümkün olmayacağını bildirdilər. Buna görə də iddiaları dəqiqləşdirmək üçün vətəndaşlara müraciət edildi.

Vətəndaşların dediklərinin nə qədər gerçək olduğuna əmin olmaq üçün sərnişin qismində kassalara və avtobuslara da yaxınlaşdılar. Həqiqətən də kassalarda da, avtobuslarda da müəyyən edilən tariflə tələb edilən qiymət arasında 1-2 manatlıq fərq olduğunun şahidi oldular.

Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzalından şifahi olaraq bildirdilər ki, vətəndaşlar bilet almaq üçün ancaq kassalara yaxınlaşsınlar və kassadan kənar şəxslərlə heç bir sövdələşməyə getməsinlər. Çünki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişinlərin kassadan kənar hansısa sürücü ilə qiymət razılaşmasına görə məsuliyyət daşımır. Bundan başqa neqativ halların qarşısını almaq üçün daşıyıcılarla mütəmadi görüşlər keçirilir və onlara tövsiyyələr verilir.