BolgeXeber.Com » Xəbərlər » Azərbaycan hərbçilərindən “Dəniz kuboku - 2017”də növbəti uğur - VİDEO

Azərbaycan hərbçilərindən “Dəniz kuboku - 2017”də növbəti uğur - VİDEO

8-08-2017, 13:18
Oxunub: 1 948 Azərbaycan hərbçilərindən “Dəniz kuboku - 2017”də növbəti uğur - VİDEO"Dəniz kuboku - 2017” müsabiqəsinin "Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə ikinci mərhələsində Təlim-məşq kompleksində "Gəmiyə suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizod icra edilib

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, epizodun icrası ilə bağlı yekun nəticələrə dair beynəlxalq hakimlər kollegiyasının qərarına əsasən, Azərbaycan HDQ-nin "G-124” gözətçi gəmisinin ekipajı ən yüksək nəticə göstərərək birinci yerə layiq görülüb. Rusiya HHD-nın "Qrad Sviyajsk” kiçik raket gəmisinin ekipajı ikinci, İran HDQ-nin "Cövşən” raket katerinin ekipajı üçüncü, Qazaxıstan HDQ-nin "Sarıarka” raket artilleriya gəmisinin ekipajı isə dördüncü yerdə qərarlaşıblar.