Yuxarı Qaradağlı kəndində səyyar qəbul-görüş keçirildi - Tərtərdə
8-08-2017, 17:38
Oxunub: 4 429
Tərtər Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Qaradağlı kəndində növbəti səyyar qəbul-görüşü oldu
Qəbulda rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.
Sonra Qapanlı kənd tam orta məktəbin direktoru Fitat Əliyeva sakinlərin rahat yaşadığını, işıq, qaz sarıdan korluq çəkmədiklərini bildirərək, əhaliyə göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi. Sakinlərdən İlham Cabbarov torpaq islahatı ilə bağlı, Məzahir Həsənov kənddə uşaq bağçasının açılması, Cəlal Rəhimov subartezian quyusunun bərpası, Səidə Aslanova əlil olan qızının evinin təmiri, Arif Mustafayev pay torpağının suvarılması, Əvəz Hüseynov ona həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı müraciətlər etdilər. Qaldırılan məsələlər barədə qəbulda əlaqədar qurumlara tapşırıqlar verildi.
Bolgexeber.com xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, bildirdi ki, görülən işlərin hamısı əhalinin firavan yaşamasına xidmət edir.
Sakinlər əhalinin problemlərinin həlli məqsədi ilə yerlərdə keçirilən səyyar-qəbul görüşlərdən razı qaldıqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər