Quba məktəbində rüşvət qalmaqalı: - müəllimlərdən 150 manat pul yığılır?
9-08-2017, 13:45
Oxunub: 2 981
Quba rayonunun Afurca kənd orta məktəbində müəllimlərdən pul yığılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb
Məlumatda bildirilir ki, Təhsil Nazirliyi tərəfindən məktəbdə yoxlamaların aparılmaması üçün 3 min manat pul tələbi qoyulub.
“Qubanın Afurca kəndində direktor müəllimlərdən 150 manat pul yığır. Səbəb kimi də yoxlamaların aparılmaması üçün hər məktəbin üzərinə 3 min AZN pul öhdəliyi qoyulmasını göstərir. Direktor deyir ki, bu pulu Təhsil Nazirliyi istəyir”, - deyə şikayətdə bildirilir.
Məlumatı dəqiqləşdirmək üçün Afurca kənd tam orta məktəbin direktoru İsmət Hüseynovla əlaqə saxladıq. Məktəb direktoru bu məlumatın iftira olduğunu bildirdi. Onun sözlərinə görə, məlumatı yayan adam məktəbdə işləmir: “Bu yanlış məlumatdır. Bizim məktəbdə pul yığılmır. Mənə bayaq zəng edib sosial şəbəkələrdə belə şikayətin yayıldığını dedilər. Ümumiyyətlə, mən demək istəyirəm ki, o adda adam tanımıram, bizim məktəbdə elə adam işləmir. Bizə iftira atırlar”, - deyə direktor bildirib.
Məktəb direktoru həmçinin nə Təhsil Nazirliyi, nə də Rayon Təhsil Şöbəsi tərəfindən məktəbdə hər hansı yoxlama aparılmadığını dedi.
Yayılmış qalmaqallı məlumatla bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Nazirliyin mətbuat xidmətindən virtualaz.org-un sorğusuna cavab olaraq bildirildi ki, Təhsil Nazirliyi və onun struktur bölmələri tərəfindən Quba rayonu ərazisində yerləşən heç bir təhsil müəssisəsində yoxlama aparılmır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər