Bakıda 62 dərəcə isti var? – RƏSMİ AÇIQLAMA
9-08-2017, 17:11
Oxunub: 2 491
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakıda avtobus dayanacağının elektron lövhəsində havanın temperaturunun 62 dərəcə qeyd olunması haqda məlumatlara münasibət bildirib
Bolgexeber.com xəbər verir ki, ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, avtobus dayanacağı tam günəş şüasının təsiri altında olduğundan dəmir qızdığı üçün, eyni zamanda, asfaltın istisi nəticəsində belə bir rəqəm əmələ gəlib.
Onun sözlərinə görə, Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun temperatur ölçən qurğuları xüsusi meydançalarda yer səthindən 2 metr hündürlükdə yerləşir: “Bir daha qeyd edirəm ki, sırf günəş şüasının təsiri, habelə asfaltın istisi nəticəsində lövhə temperaturu 62 dərəcə göstərib”.
G.Məmmədova qeyd edib ki, stansiyalardan alınmış temperatur göstəricilərinə əsasən, Bakıda və Abşeron yarımadasında 42-43 dərəcə isti müşahidə olunur.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda avtobus dayanacaqlarından birinin elektron lövhəsində temperaturun 62 dərəcə göstərildiyi foto yayılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər