BolgeXeber.Com » Xəbərlər » Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Elektron Hökumət Təlim-Tədris Mərkəzi birgə təlimlər keçirəcək
Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Elektron Hökumət Təlim-Tədris Mərkəzi birgə təlimlər keçirəcək
11-08-2017, 23:18
Oxunub: 3 793
Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Elektron Hökumət Təlim-Tədris Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Bolgexeber.com-a verilən məlumata görə, 10 avqust tarixində Vergilər Tədris Mərkəzinin Şamaxı şəhərində yerləşən inzibati binasında baş tutan imzalama mərasimində Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov və Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov iştirak ediblər.
Müqavilə tərəflər arasında əsas fəaliyyət istiqamətləri üzrə birgə təlim, seminar və digər tədbirlərin keçirilməsi, mütəxəssislərin mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, metodiki dəstək və digər sahələr üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafı məqsədi ilə imzalanıb.
Tərəflər əsas fəaliyyət sahələri üzrə elmi və metodiki əməkdaşlığın əsasını qoymaq, vergi qanunvericiliyi və digər vergi məsələləri, informasiya-kommunikasiya texnologiyaları, eləcə də “Elektron hökümət”, elektron idarəçilik, elektron dövlət xidmətləri və sahibkarlığın inkişafı mövzularında vergi ödəyiciləri arasında maarifləndirmə işini təşkil etmək, birgə tədbirlər, təlim və seminarlar keçirməyi qərara alıblar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər