Pulsuz WiFi xidmətindən istifadə edən 500 000-ci istifadəçi mükafatlandırılıb
16-08-2017, 09:42
Oxunub: 4 012
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi MMC (“Baktelecom”) tərəfindən mart ayından etibarən həyata keçirilən “İctimai İnternet” layihəsi üzrə pulsuz WiFi xidmətindən istifadə edənlərin sayı yarım milyonu (500.000) ötüb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Bolgexeber.com-a verilən xəbərə görə, pulsuz WiFi xidmətinin 500 000-ci istifadəçisi Bakı şəhər sakini Aysel Ələsgərova olub.
Bu gün “Baktelecom” şanslı istifadəçini mükafatlandırıb.
Qeyd edək ki, ötən həftədən “Pulsuz WiFi”ın sosial şəbəkədəki səhifəsində start verilən “500.000-ci ol, hədiyyəni apar” sloqanı ilə təqdim olunan kampaniya istifadəçi sayının artmasını stimullaşdırıb.
Məlumat üçün bildirək ki, “İctimai İnternet” şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla Dənizkənarı Milli Park, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov bağlarında, Qış və Zabitlər parkında aktiv edilib.
Yaxın zamanda Hüseyn Cavid və Dədə Qorqud parkları da pulsuz wifi xidmətinin əhatə zonasına daxil ediləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər