BolgeXeber.Com » Xəbərlər » Ata 3 yaşlı uşağının başını kəsmək istədi - Arvadı telefonla başqa kişilərlə danışıb - AĞDAŞDAKI OLAYIN TƏFƏRRÜATI
Ata 3 yaşlı uşağının başını kəsmək istədi - Arvadı telefonla başqa kişilərlə danışıb - AĞDAŞDAKI OLAYIN TƏFƏRRÜATI
17-08-2017, 17:21
Oxunub: 2 849
Ağdaş rayonunda kişi 3 yaşlı uşağının başını kəsmək istəyib
Hadisə rayonun Kotanarx kəndində baş verib. Sakinlərin AzNews.az-a verdiyi məlumata görə, sərxoş vəziyyətdə olan Nurəddin Qədirov gecə saat 12-də uşağının başını kəsmək istəyən zaman ona qohumlar mane olub:
“Nurəddin Lək kəndinin sakinidir. Hadisə gecə saat 12-də baş verib. Mağazadan kolbasa və araq alıblar. Yeznə ilə qayın yaxşıca yeyib-içiblər. Bu Nurəddinin ikinci ailəsidir. Bundan əvvəlki ailəsindən 3, ikinci ailəsindən isə 4 uşağı var. Nurəddinin birinci arvadından olan qızı bura qonaq gəlmişdi. Bir neçə gün qalıb. Burada olanda atasına deyib ki, “arvadın sənə xəyanət edir, telefonla başqa kişilərlə danışır”. Onun üstündə neçə gündür ki, ailədə söz-söhbət gedir. Nurəddin də bunu bilən kimi arvadına deyib ki, “sən mənə niyə xəyanət edirsən?”. O, həyat yoldaşının anasına, yəni qayınanasına söyəndə oğlanları buna dözməyib. Davanın böyüdüyünü görən Nurəddin həmin anda bıçağı əlinə alaraq 3 yaşlı uşağının boğazını kəsmək istəyib. Qaynı görüb ki, Nurəddin uşağını öldürür, qohumlarla birlikdə bunu arxadan vurub. Nurəddin yerə yıxılanda uşağı onun əlindən alıblar. Həmin anda baxıb görürlər ki, Nurəddinin qulağı partlayıb, qan gəlir. Heç kəs onun qulağını kəsməyib”.
Sakinlər qeyd edib ki, hazırda bütün ailə Ağdaş rayon polis şöbəsindədir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər