İspaniyada gün ərzində ikinci terror aktı törədilib
18-08-2017, 09:51
Oxunub: 2 608
Terrorçular Barselona yaxınlığındakı Kambrils şəhərində avtomobili piyadaların üzərinə sürüblər
"Report"un məlumatına görə, bu barədə "24 Horas" telekanalı xəbər verib."Cadena Ser" radiostansiyasının xəbərinə görə, hadisə nəticəsində 2 nəfər ağır, 3 nəfər yüngül xəsarət alıb. Terrorçuların zərərsizləşdirildiyi bildirilir. Bundan əvvəl isə Kambrils polisi terror aktının baş verdiyini, bir neçə terrorçunun öldürüldüyünü bildirib.
"24 Horas"ın məlumatına görə, antiterror əməliyyatı zamanı 4 terrorçu öldürülüb, daha 1-i yaralanıb. Telekanal atışmanı əks etdirən kadrları nümayiş etdirib.
Barselonada ötən gün baş vermiş birinci terror aktı zamanı 13 nəfər öldürülüb, 100 nəfər xəsarət alıb. Polis terror aktında şübhəli bilinənlərin ikisinin saxlanıldığını, birinin öldürüldüyünü bildirib. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər