BolgeXeber.Com » Xəbərlər » Bərdə şəhərində yerləşən otel və mehmanxana tipli obyektlərlə qarşılıqlı əməkdaşlığın səmərəli təşkili üçün dəyirmi masa təşkil edilib
Bərdə şəhərində yerləşən otel və mehmanxana tipli obyektlərlə qarşılıqlı əməkdaşlığın səmərəli təşkili üçün dəyirmi masa təşkil edilib
22-08-2017, 10:07
Oxunub: 11 395
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi və Bərdə Turizm İnformasiya Mərkəzi Bərdə şəhərində yerləşən Otel və mehmanxana tipli obyektlərlə qarşılıqlı əməkdaşlığın səmərəli təşkili üçün dəyirmi masa təşkil edib
Dəyirmi masada Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi və Bərdə Turizm İnformasiya Mərkəzinin əməkdaşları Bərdə şəhərində yerləşən otel və mehmanxana tipli obyektlərinin nümayəndələri ilə qarşılıqlı müzakirələr aparıblar və gərəkli olan bir sıra məsələlər öz həllini tapıb. Tədbirdə əsasən rayonda yerləşən otel və mehmanxanalarda təhlükəsizlik və göstərilən xidmətlərin yüksək şəkildə təşkil olunması haqqında söz açılıb.
Tədbiri giriş sözü ilə Bərdə Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov açıb. O otel və mehmanxanalarla aparılan əməkdaşlıq barədə danışıb və gələcəkdə daha da sıx əlaqələrin qurulması üçün potensialın olduğunu bildirib. Daha sonra isə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Ceyhun İsmayılov qeyri-neft sektoru olan turizm sahəsinin hal-hazırda ölkəmizdə ən aktual məsələlərdən biri olduğunu qeyd edib və bu sahəyə marağın olmasından danışıb.
Tədbirdə otel və mehmanxana nümayəndəlikləri də öz fikirlərin bildiriblər. Bərdə otelinin nümayəndəsi Camal Hümbətov oteldə göstərilən xidmətlər haqqında danışıb. Camal Hümbətov onu da qeyd edib ki, : - “Oteldə göstərilən xidmətdən və təhlükəsizlikdən otelə gələn turistlər və yerli qonaqlar razı qaldıqlarını bildirilər. Bu da öz növbəsində bizi daha da diqqətli olmağa və müştərilərimizə daha yaxşı xidmət etməyə zəmin yaradır.”
Günəş otelin nümayəndəsi Vasif Xəlilov isə qarşılıqlı əməkdaşlıqdan söz açıb. Vasif Xəlilov bu əlaqələrin zamanla daha çox müsbət nəticə verəcəyini və bununla bağlı məqsədyönlü tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.
Daha sonra qarşılıqlı əməkdaşlığın qurulmasından vacibliyindən və bu yöndə olan tədbirlərin keçirilməsinin səmərəli olmasından danışıldı.
Bolgexeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər