Şəkidə bələdiyyə öz işi ilə məşğul olmayanda... - Nazirlik işə qarışdı
22-08-2017, 12:09
Oxunub: 2 901
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Şəki, Qax, Balakən, Zaqatala) ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib
ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, keçirilən reyd zamanı Şəki rayonu “Qumux dərəsi” adlanan ərazidə tibbi tullantıların qalaqlandığı aşkar edilib.
Araşdırma zamanı sözügedən ərazinin Baş Layıski bələdiyyəsinin mülkiyyətinə aid olduğu və əraziyə istifadə müddəti sona çatmış 4 m3 həcmində müxtəlif adda iynə və dərman peraparatlarından ibarət tibbi tullantıların atıldığı məlum olub. Əraziyə Şəki rayonu Gigiyena Epidemiologiya Mərkəzinin, rayon Polis Şöbəsinin, Baş Layıski Bələdiyyəsinin və Baş Layıski İnzibati Ərazi Dairəsinin nümayəndələri dəvət edilib.
Faktla bağlı akt tərtib olunub və ərazinin tullantılardan təmizlənməsi üçün Baş Layıski Bələdiyyəsinin sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Araşdırma müddətində təhlükəli tullantıları atan təqsirkar şəxslərin müəyyənləşdirilməsi mümkün olmayıb. Qanun pozucuları barəsində qanuna müvafiq qaydada tədbir görülməsini təmin etmək məqsədilə təqsirkarların tapılması üçün Şəki rayon Polis Şöbəsinə müraciət edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər