Azərbaycan nümayəndə heyəti Həştərxana işgüzar səfər edib
23-08-2017, 16:55
Oxunub: 2 328
Azərbaycan nümayəndə heyətinin Həştərxana işgüzar səfəri baş tutub
“Rusiyanın Həştərxan vilayəti ilə Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir.” Bu sözləri Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan nümayəndə heyəti ilə görüşdə səsləndirib.
Həştərxana səfər edən Azərbaycan nümayəndə heyəti şəhərin mərkəzində Ümummilli lider, Azərbaycan-Rusiya əlaqələrinin inkişafında müstəsna xidmətləri olan Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdi.
“Azərbaycanla Həştərxan arasında əlaqələrin yüksək səviyyədə olmasında prezident İlham Əliyevin böyük xidmətləri var.” Bu fikri Azərbaycan nümayəndə heyəti ilə keçirilən görüşdə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin söylədi. O, Azərbaycan dövləti ilə yanaşı Heydər Əliyev Fondunun da Həştərxanda həyata keçirdiyi çox mühüm sosial layihələri məmnunluqla xatırladı və bunun əlaqələrimizin möhkəmləndirilməsində rolunu vurğuladı.
Prezident İlham Əliyevin Həştərxanla ölkəmiz arasında əlaqələrin daha da dərinləşməsinə xüsusi diqqətlə yanaşdığını deyən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxanda inşa edilən Azərbaycan İş Mərkəzinin əhəmiyyətinə toxundu, Azərbaycan-Rusiya münasibətlərinin inkişafında hər iki ölkənin regionlarının uğurlu əməkdaşlığının rolundan danışdı. A.Fərzəliyev Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyevanın Həştərxanda həyata keçirilən bütün layihələri daim diqqət mərkəzində saxladıqlarını qeyd edib.
Həmçinin səfər çərçivəsində A.Fərzəliyevin Həştərxan və Kamızyak Mitropoliti Nikon ilə görüşü baş tutub. Görüş zamanı tərəflər iki ölkə xalqları arasında dostluq münasibətləri barədə fikir mübadiləsi aparmış, bu əlaqələrin daha da inkişafı istiqamətində hər iki tərəfdən atılan addımları yüksək qiymətləndirmişlər.
Sonra Həştərxanda inşa edilən Azərbaycan İş Mərkəzində görülən işlərlə tanışlıq oldu. Bu mərkəzin təməli ötən ilin sonunda qoyulub. Şəhərdəki Bakı küçəsində tikilən bu mərkəz ölkəmizin məhsullarının daimi nümayiş meydançası olacaq. Mərkəzin bu il Həştərxan quberniyasının yaradılmasının 300 illik yubileyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində açılışı nəzərdə tutulub.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər