Gəncədə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü həbs edilib - RƏSMİ
24-08-2017, 13:07
Oxunub: 2 398
Gəncə şəhər polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutulub
Bolgexeber.com xəbər verir ki, bu barədə Gəncə şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi birgə məlumat yayıb.
Belə ki, avqustun 15-də саат 06 radələrində naməlum şəxs idarə etdiyi VAZ-21060 markalı 61-BD-570 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Göygöl yolunun Gülüstan qəsəbəsi ərazisində yolu keçən piyada, qəsəbə sakini Qocayev Rahib Əsədulla oğlunu vurub bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan Göygöl rayonu, Toğana kənd sakini 1956-cı il təvəllüdlü Verdiyev Sahib Hüseyn oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə ittiham elan edilməklə barəsində Gəncə şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər